Binəqədidə narkotik satışı ilə məşğul olan qadın saxlanılıb
Bakucity.az xəbər verir ki, paytaxt sakini Ruhiyyə Tağıyevanın üzərinə baxış keçirilən zaman güclü psixotrop təsirə malik 82,189 qram metamfetamin aşkar olunaraq götürülüb.
R.Tağıyeva ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı, satışı ilə də məşğul olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.