Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO

 Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO

“Mercedes” yoldan çıxaraq aşıb

Bakucity.az xəbər verir ki, hadisə yolun 30 km-də, Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Ağsu-Bakı marşrutu üzrə hərəkətdə olan, Ağsu sakininin idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alanlardan birinə qəza yerində ilkin tibbi yardım göstərib və ambulator müalicəyə göndərib.

Digər yaralı, 1980-ci il təvəllüdlü Məhərrəmov Adil isə Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti orta-ağır hesab olunur.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bakucity.az

yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər