Bakıda sabah hava necə olacaq? - PROQNOZ

Bakıda sabah hava necə olacaq? - PROQNOZ

Bakıda güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, iyulun 23-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti, Abşeron yarımadasında gecə 21-25, gündüz 28-33, təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

Güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Bakucity.az

Hava haqqında
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər