Bakıda dənizdə batan gəncin meyiti tapıldı

Bakıda dənizdə batan gəncin meyiti tapıldı

Hadisə Pirşağı qəsəbəsində baş verib

Bakucity.az xəbər verir ki, iyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 19 yaşlı İsaqov Fərmanın axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Bakucity.az 

Dəniz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər