Bakıda metro istifadəçilərinə şad xəbər var

Bakıda metro istifadəçilərinə şad xəbər var

Metronun “Xətai” stansiyasında yekun işlər avqust ayında bitəcək

Bakucity.az xəbər verir ki, stansiyanın istifadə veriləcəyi tarix isə hələlik məlum deyil.

Məsələ ilə “Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bunları deyib: 

“Hazırda stansiyada tikinti-quraşdırma üzrə yekun işlər görülür. Ekskalatorlarda isə sınaq və tənzimləmə işləri davam etdirilir. Adətən son tamamlama işləri bir qədər vaxt aparır. Lakin nəzərdə tutulan bütün işlərin avqust ayında bitəcəyi gözlənilir”.

Bakı metrosunun ən dərin stansiyası olan  "Xətai"nin yenidənqurma işlərinə ötən il sentyabrın 27-də başlanılıb. "Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurəti yaranıb.

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər