Konfransın mövzusu "Si Cinpin-in yeni dövrü Çin səciyyəvi sosializm ideyası" olub
Bakucity.az xəbər verir ki, çıxış edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, Çin Azərbaycana tərəfdaş, dost ölkədir.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Sun Tao isə öz növbəsində qeyd edib ki, Çinlə Azərbaycanın əlaqələri yüksək səviyyədədir.
Onun sözlərinə görə, Çin əvvəlki dövrlərdən fərqli olaraq yoxsulluq problemini həll edib:
"Çində bir çox sahələr, o cümlədən maşınqayırma, sənaye sahəsi inkişaf edib. Çin beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilib".
Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov iki ölkə arasındakı əməkdaşlıq mühitindən danışıb.
Konfrans çıxışlarla davam edib. (Report.az)
Bakucity.az