Bakıda güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edildi

Bakıda güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edildi, Oral Aliyev

Hazırda paytaxtda küləkli hava müşahidə edilir

Bakucity.az xəbər verir ki, küləkli hava ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib.

Bildirilib ki, sərnişinlər avtobus dayanacaqlarında gözləyərkən diqqətli olmalıdır. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməməli, həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət etməlidirlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. (AzərTac)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər