Vətəndaşlar şikayət etdi, çimərliklərdə yenidən reyd başladı

Vətəndaşlar şikayət etdi, çimərliklərdə yenidən reyd başladı

Bəzi çimərliklərin girişindəki qapı və şlaqbaumlar çıxarılıb

Bakucity.az xəbər verir ki, Bakının müxtəlif ərazilərində çimərliklərdə qoyulan maneə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) şikayətlər daxil olub. Bununla bağlı BŞİH-nin Ticarət və Xidmət Departamenti reydlərə başlayıb.

“Bir neçə gün əvvəl isə Şıx çimərliyindəki “Min bir gecə” obyektindən, Bilgəh və Türkan qəsəbəsindəki çimərlik ərazisində yerləşən obyektlərdən yenidən müraciətlər daxil olub ki, bu yerlərdə giriş pulludur.

Məsələ ilə bağlı müvafiq tədbirlər hazırlanıb və reydlərin davam etdirilməsi qərara alınıb”., -deyə Departamentdən bildirilirb. (Baku.ws)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər