Nəzarətçi pul verməkdən imtina edən sürücünü təhdid edib
Bakucity.az xəbər verir ki, paytaxtda avtomobilini park edən sürücü ilə nəzarətçi arasında mübahisə yaranıb.
Sürücü dayanacaq üçün pul ödəmək istəməyib. Nəticə tərəflər arasında narazılıq yaranıb.
“İndi uşağa deyərəm, gəlib ayağını təkərin altına qoyar. Sonra gedib xəstəxanaya çolpa daşıyacaqsan”, - deyə nəzarətçi bildirib.
Həmin görüntülər sosial şəbəkələrdə yayılıb. (Baku.ws)