Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb
Bakucity.az xəbər verir ki, iyulun 24-də Bakıda və Abşeron yarımadasında iyulun 24-də hava yağmursuz keçəcək.
Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.
Bakucity.az