Bakıda qadın ölümdən son anda belə xilas oldu - VİDEO

Bakıda qadın ölümdən son anda belə xilas oldu - VİDEO

Paytaxtda qayda pozan sürücünün görüntüləri yayılıb

Bakucity.az xəbər verir ki, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ilə hərəkət edən 99 LP 055 dövlət qeydiyyat nişanlı, “Land Cruiser” markalı avtomobilin sürücüsü piyadaların keçməsinə baxmayaraq, hərəkəti davam etdirib və buradan keçən qadını vurub. Qadının son anda dayanması onu ölümdən xilas edib.

Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ barədə müvafiq rayon polis şöbəsində araşdırma aparılır. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər