Bakıda bu marşrutların hərəkət sxemi dəyişdi

Bakıda bu marşrutların hərəkət sxemi dəyişdi

Paytaxtda bəzi marşrutların hərəkət sxemi dəyişdirilib

Bakucity.az xəbər verir ki, Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurban küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti dəyişdirilib.

Avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər.

Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvvədədir.

Qeyd edək ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər