Filip Kirkorov uşaqları ilə Bakıya gəldi – FOTO

Rusiyanın xalq artisti "Jara-2019"-da çıxış edəcək

Bakucity.az xəbər verir ki, Rusiyanın populyar estrada ifaçısı, aktyor, bəstəkar və prodüser Filipp Kirkorov iyulun 24-də Bakıya gəlib. 

Rusiya estradasının kralı "Jara-2019" beynəlxalq musiqi festivalında iki gün çıxış edəcək: 25 və 26 iyul tarixlərində. Müğənninin unudulmaz pərformansla pərəstişkarlarını sevindirəcəyi gözlənilir. 

Media nümayəndələri məşhur atanı qastrol səfərlərində nadir hallarda müşayiət edən övladları ilə birlikdə qarşılamaq üçün hava limanına gediblər.

Jurnalistlərin suallarını cavablandıran F. Kirkorov qeyd edib ki, bu gün sənətçilər ictimaiyyəti təəccübləndirməyə səy göstərməməlidir, əsas məqam isə məyus etməməkdir:

“Bizim festivalın əsas vəzifəsi yaradıcılıqdır! əsil sənət isə insanları qanadlandırmalı və ürəyəyatan olmalıdır”. 

Xalq artisti həmçinin Emin Ağalarovun təkcə Rusiyada deyil, digər ölkələrdə də musiqi dünyasının inkişafındakı əvəzsiz töhfələrini qeyd edib. 

“Qonaqpərvər Emin bu gün böyük sənətkar qrupunu qəbul etməyə hazırdır. İndi dünyada Emin Ağalarov kimi “Don Kixot” var ki, belə bir çətin iqtisadi dövrdə möhtəşəm festival keçirsin, Rusiya, Ukrayna, Belarus və digər xarici ölkələrin ən yaxşı sənətkarlarını dəvət etsin?! Bu festival tezliklə bütün dünyada məşhurlaşmağa iddialıdır. Azərbaycan torpağı çox qonaqpərvərdir, hər zaman buradakı tamaşaçılarla görüşümü yaxın dostlarla görüş kimi səbirsizliklə gözləyirəm”.

Jurnalistlər sənətçinin uşaqları Alla-Viktoriya və Martin-Kristinin ilə də həmsöhbət ola bilib.  Onların sözlərinə görə, festivalı görmək üçün səbrsizlənirlər:

“Onlara hara gedəcəyimizi hələ söyləməmişəm, bunun sürpriz olmasını istəyirəm. Sadəcə  bu gün üzəcəyimizi vəd vermişəm (gülür). Onlara İçərişəhəri göstərmək istəyirəm, çünki heç bir yerdə belə gözəl məkan görməmişən. Ümumiyyətlə, bu küçələr üçün darıxmışam”, -deyə sənətçi bildirib.

Uşaqlar isə onlar üçün ən sevimli sənətkarın ataları olduğunu qeyd ediblər.

Xalq artisti "Jara-2019" festivalındakı çıxışı barədə bəzi sirlərini də açıqlayıb:

“Yeni şou-proqramımda bəzi mahnılarımı ifa edəcəyəm. Aygün Kyazımova ilə duetim də olacaq. Yalnız onu deyə bilərəm ki, mahnı gözəl bir qadın haqqında olacaq. Başqa heç nə deyə bilmərəm (gülümsəyir). Zivertlə duetim də planlaşdırılıb. Yeni hitim olan "Stesneniye propalo" (Стеснение пропало)  mahnısını ifa edəcəm. Əgər tamaşaçılar istəsə "IBIZA" mahnısını da oxuyacağıq (gülür).

Sonra Rusiyanın xalq artisti görüş üçün hər kəsə təşəkkür edib və uşaqları ilə birlikdə otelə gedib.

Xatırladaq ki, "Jara-2019" Beynəlxalq musiqi festivalı 25-28 iyul tarixlərində möhtəşəm turizm kompleksi “Sea Breeze” də baş tutacaq. Layihə məşhur müğənni və bəstəkar Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, Rusiya radiosunun və “Qızıl Qramofon” mükafatının təsisçisi Sergey Kojevnikov tərəfindən təşkil edilib. 

Bu il musiqi festivalında Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, İtaliya, İsveç, ABŞ və digər ölkələrin populyar ulduzları iştirak edəcəklər.

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Züleyxa İsmayılova

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
İş dəftərlərinin satışı aşağı qiymətə Azərpoçtlarda satılır. Bu il 1-ci siniflər üçün nəzərdə tutulan, Təhsil Texnologiyaları Mərkəzi tərəfindən nəşr edilən iş dəftərlərinin satışı əvvəlki illərdən daha aşağı qiymətə Azərpoçtlarda həyata keçirilir. BakuCity.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, bununla da ölkə üzrə təhsilalanlar üçün vəsaitin münasib qiymətə əlçatanlığı təmin olunur. "Respublika üzrə yaşayış məntəqələrinə uy...
İdman
"Avrokuboklarda oynadığımız bütün matçlara önəm veririk". BakuCity.az xəbər verir ki, bunu Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" (Split) klubu ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib. 67 yaşlı mütəxəssis qeyd edib ki, Split təmsilçisi ilə matçda meydana fərqli heyət buraxa bilər: "Bu qarşılaşma bizim üçün çox vacibdir. Ardıcıl səfərlər yorğunluğa səbəb olur. Fut...
Cəmiyyət
COVID-19 peyvəndinin hələ də tam olaraq təsdiqlənməməsi səbəbilə narahatlıqlar davam edir. BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı infeksionist Vüqar Cavadzadə Azerforum.com-a açıqlama verib. O qeyd edib ki, bu, yeni növ infeksiya olduğu üçün, hələ onun virusoloji xüsusiyyətləri tam bilinmir: “Onun virusoloji, epidemioloji, xəstələr üzərində olan klinik xüsusiyyətləri hələ tam öyrənilməyib. İnsanlar koronavirusa yoluxduqda, ağciyər toxumalarında hansı...
Ekologiya
Bakıda sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 26-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisb...
İdman
Bu gün UEFA Super Kubokunun yeni sahibi müəyyənləşəcək. BakuCity.az xəbər verir ki, sayca 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünü qalibi olan Almaniya "Bavariya"sı ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı üz-üzə gələcək. Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ingiltərəli referi Entoni Teylor idarə edəcək. Oyun öncəsi "Ba...
Hadisələr
Bakı Nəqliyyat Agentliyi “BakuBus” avtobus qəzası ilə bağlı rəsmi açıqlama verib. BakuCity.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində heç kim xəsarət almayıb. 11:19 “BakuBus” avtobusu qəzaya uğrayıb. BakuCity.az xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat verilib....
Cəmiyyət
Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) növbəti kadr dəyişikliyi olub. BakuCity.az xəbər verir ki, bununla bağlı Biləsuvar RİH-nin başçısı Faiq Qürbətov sərəncam imzalayıb. Sərəncamla Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Pöhran Şahbazov işdən çıxarılıb. Hələlik onun yerinə təyinat olmayıb. Bir neçə gün öncə də rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Yaşar Əzimov işdən çıxarılıb. BakuCity.az
Müsahibə
"Bu, hibrid savaşdır". BakuCity.az jurnalist Elçin Alıoğlunun Ermənistan xüsusi xidmət orqanları və onlara havadarlıq edənlərin Azərbaycana qarşı açdığı yeni hibrid müharibənin təfərrüatları ilə bağlı müsahibəsini təqdim edir: – Elçin bəy, son statusunuzda “media ermənilərin və Ermənistana işləyənlərin özlərini rahat hiss edəcəkləri yer olmayacaq” fikrini səsləndirdiniz. Nə baş verir? – Ermənistan xüsusi xidmət orqanları, erməni diaspor nümayəndələri, habe...
Siyasət
Yayılan məlumatlar təkzib olunub. Son günlər xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə yayılmış məlumatlar növbəti dəfə təkzib olunub. BakuCity.az xəbər verir ki, türkiyəli məşhur jurnalist Levent Kemal bununla bağlı şəxsi “Twitter” hesabından açıqlama yayıb. Jurnalist qeyd edib ki, Azərbaycana cəlb olunacağı iddia olunan “Həmzə” diviziyasının komandiri ilə danışıb: “Həmzə” diviziyasının k...