Bilgəh çimərliyində insan ölümü ilə nəticələnən faciə baş verib
Bakucity.az xəbər verir ki, ötən gün həmin çimərliyin ərazisinə daxil olan qeyri-çimərlik (nəzarətsiz) ərazidə bir nəfər batıb.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən sahildə aşkar olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
Hadisə şahidlərinin verdikləri məlumata görə, ötən gün çimərlik ərazisində daha 2 nəfər boğulub, bir nəfər isə itkin düşüb.
Bundan başqa, 4 nəfər də boğulma təhlükəsilə üzləşib. Xilasedicilər onları son anda xilas edə biliblər.
Baş verən hadisələrin gürüntülərini təqdim edirik. (Baku.ws)