Bakıda gənclər arasında mübahisə ölümlə nəticələnib

Bakıda gənclər arasında mübahisə ölümlə nəticələnib, Oral Aliyev

Ötən gün Binəqədi rayonunda qətl törədilib

Bakucity.az xəbər verir ki, hadisə gecə saatlarında Ağamalıyev küçəsindəki 6 saylı binanın qarşısında baş verib.

Abdullayev Kamran Azad oğlu bud nahiyəsindən bıçaqlanıb. O, Kliniki Tibbi Mərkəzə çatdırılıb. Lakin çoxlu qan itirən yaralının həyatını xilas etmək mümkün olmayıb. 

Operativ-istintaq qrupu təhqiqat zamanı müəyyən edib ki, qətli daha əvvəl oğurluğa və avtomobil qaçırmağa görə mühakimə olunmuş 22 yaşlı Çərkəzov Pərvin Pərviz oğlu törədib. O, hadisə yerindən qaçıb və hazırda sözügedən rayonun 4-cü Polis Bölməsinin əməkdaşları onun axtarışını davam etdirirlər.

İlkin məlumata görə, qeyd edilən şəxslər daha əvvəl bir-birini tanımayıblar. Hadisə şahidlərinin sözlərinə görə, iki gənc arasında münaqişə ədəbsiz ifadələrin işlədilməsinə görə baş verib.

Qızla gəzən K.Abdullayev telefonda kiminləsə kobud danışan P.Çərkəzovun yanından keçəndə ona narazılığını bildirib.

O, P.Çərkəzovu əxlaqlı olmağa çağırıb. P.Çərkəzov iraddan sonra cibindən bıçağı çıxararaq K.Abdullayevə zərbə endirib.

Qətl faktı üzrə cinayət işi qaldırılıb, istintaq davam edir. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər