Paytaxtda baş verən dəhşətli yol qəzası kameraya düşüb
Bakucity.az xəbər verir ki, Binəqədi rayonu ərazisində piyada keçidindən yolu keçmək istəyən şəxsi “Nissan” markalı avtomobil vurub. Nəticədə piyada dünyasını dəyişib. Görüntülərdən aydın olur ki, piyada görüntü məhdudiyyəti olan yerdən qəfil piyada keçidinə qaçır.
Bu zaman sürətlə hərəkət edən avtomobil ona çırpılır. Yol Hərəkəti Haqqında Qanunda deyilir ki, piyada yolu keçməmişdən əvvəl avtomobillərin dayanıb ona yol verməsinə əmin olmalıdır. Eyni zamanda nizamlanmayan piyada keçidinə çatanda sürücülər mütləq şəkildə sürəti azaltmalıdırlar. (Avtosfer.az)