Flipp Kirkorov uşaqları ilə birlikdə İçərişəhəri gəzdi – FOTO

Rusiyanın xalq artisti Bakıdan xüsusi enerji aldığını deyib

Bakucity.az xəbər verir ki, "Jara-2019" beynəlxalq musiqi festivalında iştirak etmək üçün paytaxta gələn Rusiyanın pop-kralı Filipp Kirkorov oğlu Martin və qızı Alla-Viktoriya ilə İçərişəhəri gəzib.

Xatırladaq ki, Rusiya pop musiqisinin kralı "Jara" festivalında 25-26 iyul tarixlərində çıxış edəcək.

Gəzinti zamanı pop-kralı cangüdənləri, azərbaycanlı və rus jurnalistlər, fanatları müşayiət ediblər. Müğənni etiraf edib ki, festivaldan əvvəl İçərişəhərdə gəzməli və buradan enerjisi almalı idi.

Gəzinti zamanı ətrafdakı insanlar müğənniyə xoş sözlər söyləyib, onu sevdiklərini bildiriblər.

Suvenir dükanlarının satıcıları sənətçiyə və uşaqlarına hədiyyələr veriblər. Jurnalistlər Flipp Kirkorovdan nə istədiyini soruşduqda, “həyatdan istədiyim hər şey gözlədiyimdən daha çox oldu” cavabını verib.

Müslüm Maqomayev küçəsində restoran sahibi xalq artistini nahar etməyə və Azərbaycanın milli yeməyi olan qutablardan dadmağa dəvət edib. "Müslüm Maqomayev adına küçədə dadlı qutablardan yemək xoşdur!" deyə müğənni bildirib.

Gəzinti əfsanəvi sovet komediyası olan "Briliant əl" və "Lənət olsun" filminin epizodunun çəkildiyi yerə baxışla başa çatıb. Flipp Kirkorov uşaqları ilə birlikdə məşhur səhnəni təkrarlayıb.

Müğənni sonda, “Mən Bakını sevirəm! Mehriban ürəyinizə görə təşəkkür edirəm” deyə bildirib və hər kəslə sağollaşıb.

Qeyd edək ki, "Jara-2019" musiqi festivalı 25-28 iyul tarixlərində keçiriləcək.

Festivalın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqori Leps, “Rusiya Radiosu”nun və “Qızıl Qramofon” mükafatının təsisçisi Sergey Kajevikovdur.  

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Bu il musiqi festivalında Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, İtaliya, İsveç, ABŞ və digər ölkələrin populyar ulduzları iştirak edəcəklər.

Nərminə Xanlarova

Foto: Ceyhun Rəhimzadə

Bakucity.az

Jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

İdman
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib. Azərbaycanda iyunun 1-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib.  Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qərara əsasən, yarışlarda tamaşaçılar iştirak etməyəcək.  BakuCity.az
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxma halında kəskin artım müşahidə olunur. Azərbaycanda 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib.  Hazırkı dövrədək ölkədə 4 989 nəfərin k...
Cəmiyyət
Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunacaq. May 31-i saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki,  ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictim...
Cəmiyyət
Azərbaycanda koronovirus nfeksiyasının yayılması nəzərət altına alınıb.  Ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzərət altına alınmışdır.  Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumatda bildirilir ki, bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən...
Hakimiyyət
Baş Nazir Əli Əsədov karantin rejimi ilə bağlı qərar verib. Baş Nazir Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar verib. BakuCity.az-ın verdiyi xəbərə görə, qərarda deyilir: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yo...
Cəmiyyət
Azərbaycanda koronavirusla bağlı yeni sistem yaradılıb. Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində www.koronavirusinfo.az saytında “Qaydalar hamı üçün eynidir” sistemi yaradılıb. BakuCity.az xəbər verir ki, layihənin məqsədi pandemiya dövründə xüsusi sanitar rejimi tətbiq edilən fəaliyyət sahələri və istiqamətlərdə qaydalara əməl olunmasına ictimai nəzarəti gücləndirməkdir. Vətəndaşlar qida məshullarının ticarəti,...
Cəmiyyət
Ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda 191 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Ümumiyyətlə, ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Daha çox yoluxma isə şənbə-bazar və bayram günlərinə təsadüf edir. Artma dinamikası davam edərsə mayın 31-dən sonra karantin rejimi yenidən sərtləşdirilə bilərmi? BakuCity.az xəbər verir ki, bununla bağlı millət vəkili Cavi...
Biznes
Güzəştli mənzillərin qiyməti açıqlanıb. Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edpib. BakuCity.az xəbər verir ki, burada mənzillərin qiyməti əvvəlki  – Yasamaldakı kompleksdəki qiymətlərdən daha aşağı olacaq. Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır. Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə...
Cəmiyyət
S.Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının Baş rejissoru, əməkdar artist Sərvər Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb. BakuCity.az xəbər verir ki, bu barədə rejissorun özü məlumat verib. Rejissorun sözlərinə görə, ailə üzvlərindən koronavirus üçün götürlən test nümünələrinin cavabı isə neqativ olub: "Yaxşılağa doğru g...