Bakıda 17 yaşlı qız özünü körpüdən atdı, sağ qaldı

Bakıda 17 yaşlı qız özünü körpüdən atdı, sağ qaldı, Oral Aliyev

Paytaxtda 17 yaşlı qız intihara cəhd edib

Bakucity.az xəbər verir ki, hadisə iyulun 24-də, saat 12:30-da Binə qəsəbəsi ərazisində, mərkəzi yolda yerləşən körpüdə qeydə alınıb. Şahidlərin gözü önündə qız özünü körpüdən atıb. Xoşbəxtlikdən o, sağ qalıb. Lakin 3 saylı Şəhər Klinik Xəstəxanasının həkimləri xəsarət almış qızın vəziyyətini ağır qiymətləndirirlər.

Məlum olub ki, intihara cəhd edən şəxs sözügedən qəsəbənin sakini Şərbətova Nüşabə Natiq qızıdır. Onu intihara sövq edən səbəblər barədə hələ məlumat verilmir. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər