Bakıda "Jara-2019" festivalının mətbuat konfransı keçirildi - FOTO

Açılışdan əvvəl təşkilatçılar mətbuata açıqlama verib

Bakucity.az xəbər verir ki, Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, “Rusiya radiosunun” və “Qızıl Qramofon” mükafatının təsisçisi Sergey Kojevnikov jurnalistlərin suallarını cavablandırıb.

Bundan əlavə, mətbuat konfransında Ani Lorak, Olqa Buzova, Flipp Kirkorov, Lolita, Zivert, teleaparıcı Yana Çurikova və başqaları iştirak ediblər.

Jurnalistlərin suallarını cavablandıran Emin Ağalarov qeyd edib ki, festivalın miqyası artır. O, festivalın coğrafiyasını genişləndirəcəyini də vurğulayıb:

"Layihəmizin artıq 4 yaşı var, izləyicilərin, heyətin sayı artıb. Bu il festival ABŞ-da, Almaniyada, Belarusiyada keçiriləcək ”.

Emin Ağalarov əlavə edib ki, Builki festival çərçivəsində maraqlı ifalarla yanaşı, duetlər və yalnız ifaçıların iştirakı ilə “Jara-2018”haqqında çəkilmiş filmə baxış olacaq.

"Bu il festivalda dörd gün ərzində 200-dən çox ifaçı çıxış edəcək. İyulun 26-da ötən il çəkilmiş “Odnajdı na Jare” filminin ulduzlar üçün təqdimatı olacaq. Bu ekran əsərində festivalın iştirakçıları rol alıb".

Mətbuat konfransında, həmçinin festivalın digər təşkilatçıları - Rusiyanın Əməkdar artisti Qriqori Leps, Olqa Buzova, Yana Çurikova, dünya şöhrətli ifaçılar Filipp Kirkorov, Ani Lopak, Sergey Kojevnikov və Zivert jurnalistlərin suallarını cavablandırıblar.

Olqa Buzova festivalda hər çıxışa hazırlaşmağın nə qədər vacib olduğunu, buna görə də çıxışlarına həmişə diqqətlə hazırlandığını söyləyib.

“Dörd gün ərzində əsl musiqi bayramı olacaq. Mən çox festivalda iştirak etmişəm, “Jara” Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkilatçılığı ilə digərlərindən seçilir”, - deyə Filipp Kirkorov vurğulayıb.

Filipp Kirkorov, bir gün əvvəl Bakını gəzdiyini də xatırladaraq, həmkarı Ani Loraka Bakı alış-veriş etməyi tövsiyə edib.

O,  Azərbaycan xalq aktrisası Aygün Kyazimova ilə qarşıdakı dueti barədə də danışıb:

“Aygün ilə 10 ildən çoxdur dostam. Bilirsiniz ki, uzun müddət bir sıra səbəblərdən ölkənizə gələ bilmədim. Aygün Kazımova mənə bu fürsəti vermək üçün çox iş gördü. Emin də çox iş gördü ki, Bakıda çıxış edim”.

Öz növbəsində Lolita, Emin Ağalarova sənətçilərə belə bir münasibət göstərdiyinə görə təşəkkür edib:

“Emin hava limanında hamını şəxsən qarşıladı. Onun bizim üçün etdiklərini yüksək qiymətləndiririk”.

Müğənni Ani Lorak festivalın hər il daha da yaxşılaşdığını qeyd edib:

“Birinci ildə problemlərin ola biləcəyindən narahat olduq. Ancaq indi bunun uğurlu bir layihə olduğunu bilirik. Bakıya gələn sənətçilər böyük məmnunluq hissi keçirirlər. Hər il növbəti görüşü gözləyirik. Buna görə də, bu festivala uzun ömür arzulayıram. "

Tanınmış teleaparıcı Yana Çurikova qeyd edib ki, "Jara" həqiqətən də beynəlxalq bir layihədir, çünki Xəzər sahilində müxtəlif ölkələrin ən istedadlı sənətçilərini toplayır.

Qeyd edək ki, "Jara-2019" musiqi festivalı 25-28 iyul tarixlərində keçiriləcək.

Festivalın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqori Leps, “Rusiya Radiosu”nun və “Qızıl Qramofon” mükafatının təsisçisi Sergey Kajevikovdur.  

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Züleyxa İsmayılova

Foto: Ceyhun Rəhimzadə

Bakucity.az

Bakıda
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
80 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
2019-cu ilin payızında Bakı sakinləri necə geyinəcklər?  Hər bir mövsümün öz rəng palitraları var, və bu rənglər dizaynerlərin yeni kolleksiyalarının trend tonlarına diktə edir. Bundan əlavə mövsümdən mövsümə geyimin tərzi, forması və keyfiyyətini dəyişir. Dizayner  və “Noora” brendinin təsisçisi Nurlana Allahverdiyeva bu payızın dəbi haqda Bakucity.az-a danışıb.  Modelyer bildirir ki, geyimin əsas və başlıca elementi rənglərin və aksesuarların müxtəlifliy...
Cəmiyyət
Sabaha gözlənilən hava şəraiti açıqlanıb Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.  Bakucity.az xəbər verir ki, cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.  Havanın temperaturu gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək.  Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq. Bakucity.az
Cəmiyyət
Bakı metrosunda çəkilən bu videosu izlənmə rekordları qırır Bakı metrosunda çəkilən maraqlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bakucity.az baku.ws-ə istinadən xəbər verir ki, sərnişin qatara mindikdən sonra mahnı ifa etməyə başlayıb.  Onun bu hərəkəti digər sərnişinləri təəccübləndirib.  Sosial şəbəkələrdə yayılan video minlərlə baxış toplayıb. Bakucity.az
Hadisələr
Hadisənin təfərrüatı araşdırılır Paytaxtın Nərimanov rayonunda yol polisi əməkdaşını təhqir edən sürücü saxlanılıb. Bakucity.az-ın xəbərinə görə, hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılandan sonra geniş müzakirəyə səbəb olub. Videoda yol polisi əməkdaşı taksi sürücüsünə cərimə yazır, sürücü isə bu zaman onu ağır formada təhqir edir. Bakucity.az
İdman
“Qarabağ”ın oyununa 28 min bilet satılıb Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”la qarşılaşacaq “Sevilya” futbolçuları ötən gün Bakıya gəliblər. Bakucity.az xəbər verir ki, İspaniya təmsilçisi bu gün oyunöncəsi ilk məşqinə çıxacaq. “Qarabağ” – “Sevilya” matçı sentyabrın 19-da veriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:55-da səslənəcək. Qeyd edək ki, oyuna maraq çox böyükdür. Qarşıla...
Cəmiyyət
Ölən şəxsin üzərində heç bir sənəd tapılmayıb. Paytaxtın Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının qarşısında qeydə alınıb. Piyadalar üçün təyin edilməmiş yerdən yolu keçmək istəyən 45-50 yaşlı kişini Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili vurub. Həmçinin oxu: “Maserati” ilə qızı vurub öldür...
Hadisələr
“Onu xəstəxanaya necə çatdırdığımı da bir Allah bilir”.  Paytaxtın Nərimanov rayonunda  “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdüyü iddia edilən sürücü Elvin Qasımzadə danışıb.  Bakucity.az-ın məlumatına görə, Elvin Qasımzadə Unikal.org-a açıqlamasında bildirib ki, haqqında yayılan məlumat yalandır: “Mən hadisə baş verən yerdə olmuşam. Avtomobillə vurulan yaralı bir xanıma kömək etmişəm. Orada olan heç bir şəxsin eləmədiyini etmişəm. Həmin qızı öz maşınım...
Hadisələr
Pilot ağır xəsarət alıb Ötən həftə paytaxtın Badamdar qəsəbəsində helikopter qəzası baş verib. Bakucity.az Aftosfer.az-a istinadən xəbər verir ki, hadisə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən “Naftalan” istirahət mərkəzinin üst tərəfində kiçik aerodromda qeydə alıb. Qəza zamanı pilot ağır xəsarət alıb.  Bildirilir ki, təlim zamanı pilot idarəetməni itirib, və helikopter yanı üstə yerə çırpılıb.  Həmçinin qeyd olunur ki, parça-parça...
Kriminal
Oğurluq edən şəxslər mənzilə pəncərədən daxil olublar Futbol üzrə “Qarabağ” klubu və Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bakucity.az Report-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir. Həmçinin oxu...