Ən parlaq ulduzlar Bakıda qırmızı xalıya toplaşdılar - FOTO / VİDEO

Musiqi festivalının pərəstişkarları sevimli ulduzlara daha yaxın olublar

Bakucity.az xəbər verir ki, paytaxtın ən gözəl istirahət mərkəzlərindən biri olan “Sea Breeze”da  çoxdan gözlənilən "Jara-2019" beynəlxalq musiqi festivalı başlayıb. Ulduz partiləri, film premyeraları və unudulmaz konsertlərlə dolu musiqi bayramının dörd parlaq günü tamaşaçıları gözləyir.

Bakıda dördüncü dəfə keçirilən “Jara” festivalı 25-28 iyul tarixlərində baş tutacaq.

Musiqi festivalında Azərbaycan, Rusiya, Ukrayna, İsveç, İtaliya, ABŞ, Qazaxıstan və digər ölkələrin ən parlaq ulduzları çıxış edəcəklər.

Ənənəyə görə, möhtəşəm şou başlamazdan əvvəl ulduzlar qırmızı xalı üzərində yeriyiblər. 

Festivalın ilk günündə EMIN, A`studio, Qriqori Leps, Filipp Kirkorov, Ani Lorak, Bosson, Qlikoza, Nikolay Baskov, Kristina Orbakaite, Vera Brejnev, Sergey Lazarev, Lolita, Mozgi, NK, Monatik, "Vremya i steklo" (Время и Стекло), Artik & Asti, Rita Dакоttа, BURITO, Olga Buzova, Aleksandr Ponayotov, Çingiz Mustafayev, Albina Canabayeva, Alessandro Safina, Mişa Romanova, Elina Çaqi, Aygün Kazımova tamaşaçıarı salamlayıb, media nümayəndələri ilə ünsiyyət quraraq müsbət enerji və yaxşı əhval-ruhiyyə yaradıblar.

Qırmızı dəb-dəbəli paltar geyinən Olqa Buzova obrazı ilə hər kəsi valeh edib.

İfaçı NK isə(Nastya Kamenskix) təbəssümü ilə hər kəsin ürəyini oxşayıb.

Ukraynalı müğənni Monatik ciddi qara kostyum və zərif şapka ilə səhnəyə çıxıb. Əminliklə demək olar ki, həmişə olduğu kimi, musiqi festivalının qırmızı xalısında ulduzlar sanki parıldayırdılar.

Ulduzlar Azərbaycanın paytaxtı, mətbəxi, memarlığı və insanları haqqında təəssüratlarını bölüşüblər.

"Mozgi" qrupunun üzvləri qeyd ediblər ki, yaxşı istirahət etməyə, voleybol oynamağa və Bakının dadlı kabablarından yeməyə vaxt tapıblar.

Ulduzların "paradını" tamamlayan Emin Ağalarov nənəsi və bacısının müşayiəti ilə səhnəyə çıxıb. O, hər kəsə xoş bir axşam arzulayıb.

Qeyd edək ki, "Jara-2019" musiqi festivalı 25-28 iyul tarixlərində keçiriləcək.

Festivalın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqori Leps, “Rusiya Radiosu”nun və “Qızıl Qramofon” mükafatının təsisçisi Sergey Kajevikovdur.  

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Züleyxa İsmayılova

Foto: Ceyhun Rəhimzadə

Bakucity.az

Jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. BakuCity.az
İdman
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib. Azərbaycanda iyunun 1-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib.  Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qərara əsasən, yarışlarda tamaşaçılar iştirak etməyəcək.  BakuCity.az
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxma halında kəskin artım müşahidə olunur. Azərbaycanda 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib.  Hazırkı dövrədək ölkədə 4 989 nəfərin k...
Cəmiyyət
Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunacaq. May 31-i saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki,  ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictim...
Cəmiyyət
Azərbaycanda koronovirus nfeksiyasının yayılması nəzərət altına alınıb.  Ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzərət altına alınmışdır.  Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumatda bildirilir ki, bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən...
Hakimiyyət
Baş Nazir Əli Əsədov karantin rejimi ilə bağlı qərar verib. Baş Nazir Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar verib. BakuCity.az-ın verdiyi xəbərə görə, qərarda deyilir: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yo...
Cəmiyyət
Azərbaycanda koronavirusla bağlı yeni sistem yaradılıb. Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində www.koronavirusinfo.az saytında “Qaydalar hamı üçün eynidir” sistemi yaradılıb. BakuCity.az xəbər verir ki, layihənin məqsədi pandemiya dövründə xüsusi sanitar rejimi tətbiq edilən fəaliyyət sahələri və istiqamətlərdə qaydalara əməl olunmasına ictimai nəzarəti gücləndirməkdir. Vətəndaşlar qida məshullarının ticarəti,...
Cəmiyyət
Ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda 191 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Ümumiyyətlə, ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Daha çox yoluxma isə şənbə-bazar və bayram günlərinə təsadüf edir. Artma dinamikası davam edərsə mayın 31-dən sonra karantin rejimi yenidən sərtləşdirilə bilərmi? BakuCity.az xəbər verir ki, bununla bağlı millət vəkili Cavi...
Biznes
Güzəştli mənzillərin qiyməti açıqlanıb. Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edpib. BakuCity.az xəbər verir ki, burada mənzillərin qiyməti əvvəlki  – Yasamaldakı kompleksdəki qiymətlərdən daha aşağı olacaq. Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır. Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə...