Bakıda "Jara-2019" musiqi festivalının möhtəşəm açılışı olub - FOTO

Bakıda "Jara-2019" musiqi festivalının möhtəşəm açılışı olub - FOTO

Festivalın pərəstişkarları əsl musiqi bayramı yaşayıblar

Bakucity.az xəbər verir ki, şou-biznes ulduzlarını bir araya gətirən dördüncü "Jara-2019" beynəlxalq musiqi festivalının təntənəli açılışı olub.

İyulun 25-də paytaxtın ən məşhur istirahət mərkəzlərindən biri olan “Sea Breeze”də gerçəkləşən açılış mərasimində əvvəlki illərdə olduğu kimi, bu dəfə də festival pərəstişkarlarını sevimli sənətçilərin geniş siyahısı ilə yanaşı, inanılmaz gözəl dizaynı ilə də sevindirib. Rəngarəng işıqlı səhnə quruluşu tamaşaçıları valeh edib. Sevimli hitlər, həyəcanlandıran musiqi, yayın bənzərsiz ab-havası həmişə olduğu kimi bu dəfə də tamaşaçılarda unudulmaz təəssüratlar yaradıb.

Rus estradasının kralı Flilipp Kirkorov musiqi bayramını «Стеснение пропало» hiti ilə açıb.

Tamaşaçılar hər sənətçini çoşqu ilə alqışlayıb ki, bu da festivalın ümumi coşqusunu daha da yüksəldib. Sənətçilər isə Bakı üçün hazırladıqları möhtəşəm şou-proqramlarla çıxış edib, hamının sevdiyi ən yaxşı hitlərini ifa ediblər.

Festivalın bu ilki açılışında EMIN, A`studio, Qriqori Leps, Ani Lorak, Bosson, Qlikoza, Nikolay Baskov, Kristina Orbakate, Vera Brejneva, Sergey Lazarov, Lolota, Mozgi, NK, Monatik, “Vremya i Steklo”, Zivert, Maks Barskix, Artik & Asti, Rita Dаkоttа, BURITO, Olqa Buzova, Aleksandr Ponayotov, Çingiz Mustafayev, Albina Canabayeva, Alessandro Safina, Misha Romanova, Elina Çaqi, Aygün Kazımova kimi ulduzlar iştirak edib.

"Jara-2019"-da Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, İtaliya, İsveç, Qazaxıstan sənətçiləri iştirak edirlər. Beynəlxalq festivalın qonaqları yayın rəngarəngliyindən, ulduzların şou-proqramlarından və coşqulu musiqidən zövq alırlar.

Festivalın təkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMIN), Rusiyanın əməkdar artisti Qriqori Leps, "Rusiya radiosu"nun və “Qızıl qrammafon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Xatırladaq ki, festival iyulun 25-dən 28-dək davam edəcək.

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Züleyxa İsmayılova

Foto: Ceyhun Rəhimzadə

Bakucity.az

Jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər