Leyla Əliyeva: "Allah hamıya sevgi nəsib etsin" - VİDEO

Leyla Əliyeva: "Allah hamıya sevgi nəsib etsin" - VİDEO

Leyla Əliyeva "Jara-2019" festivalının açılışında iştirak edib

Bakucity.az xəbər verir ki, iyulun 25-də Bakıda "Jara-2019" beynəlxalq musiqi festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidi olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara-2019"-un fəxri qonaqları arasında olub. O, musiqi festivalı ilə bağlı duyğularını Bakucity.az-la bölüşüb.

“Əhval-ruhiyyə əladır! Hər zaman olduğu kimi hər şey yaxşıdır! Əminəm ki, illər keçdikcə festival daha da yaxşılaşacaqdır. Sənətkarlara uğurlar diləyirəm. Musiqi dünyanı daha yaxşı edir, hər not kainatda qalır.

Mənim üçün "Jara" festivalı sevgi, sevinc və bayramdır! Allah hər kəsə sevgi nəsib etsin! Bu festival bir daha göstərir ki, Azərbaycan hamını birləşdirən yerdir”.

Züleyxa İsmayılova

Bakucity.az

Jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər