Bakı metrosunda problem yarandı, sərnişinlər boşaldıldı

Bakı metrosunda problem yarandı, sərnişinlər boşaldıldı

Bakı metrosunda qatarda texniki problem yaranıb

Bakucity.az xəbər verir ki, hadisə bu gün saat 10:35 radələrində metronun “Qara Qarayev” stansiyasında qeydə alınıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktla bağlı bunları deyib:

"Problem Həzi Aslanov” - “Dərnəgül” xətti üzrə hərəkət edən qatarda olub. Qatarda yaranan nasazlıq səbəbindən sərnişinlər boşaldılıb. Qatar dərhal depoya göndərilib. Əvəzinə xəttə köməkçi qatar buraxılıb. Yaranmış problemlə əlaqədar iki qatar arasında 11 dəqiqəyə yaxın interval yaranıb”. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər