Albina Canabaeva: "Əli Şəmsinin emalatxanası heyrətamiz məkandır"

Məşhur rus müğənnisi Bakıda harada yaxşı dincələ biləcəyindən danışıb

Bakucity.az oxuculara Bakıda hər il keçirilən "Jara" musiqi festivalında ən yeni xəbərlərlə tanış etməyə davam edir. Daha əvvəl xəbər verdiyimiz kimi, “Sea Breeze” otelində qırmızı xalı boyunca ulduzların ənənəvi keçidi təşkil edilib, bu müddətdə isə media nümayəndələri populyar ifaçılar ilə həmsöhbət olublar.

Müğənni, aktrisa və teleaparıcı Albina Canabaevaya saytımızın bir neçə sualına cavab verib. Onun sözlərinə görə, proqramının sıxlığına görə Bakını gəzə bilmir. Lakin pataxtımız haqda müsbət təəssüratları var:

“Bu, Bakıya ilk səfərim deyil, amma buraya olan bütün səfərlərim işlə bağlıdır, buna görə də heç nəyə vaxt qalmır. Buna baxmayaraq, həmişə gəzməyə, bəzi yerli kafelərə getməyə vaxt tapmağa çalışıram, xüsusən də İçərişəhəri çox sevirəm”.

Müğənninin sözlərinə görə, keçən il Bakıda gəzmək onda inanılmaz duyğular yaradıb və bu, onun Azərbaycanın məşhur sənətçilərindən biri Əli Şəmsi ilə tanışlığı ilə nəticələnib.

“İçərişəhəri gəzərək məşhur sənətkarınız Əli Şəmsinin qeyri-adi emalatxanasına rast gəldim. Onun emalatxanasının sirli qapısı ilə maraqlandım. Məni ürəkdən salamladı və öz iş yerinə dəvət etdi, hətta fırça da verdi, başladığı şəkli bitirməyi təklif etdi (gülür). Cavab verdim ki, edə bilmərəm! Ancaq israr etdi və mən rəsm çəkməyə fokuslandım. Sadəcə fırça toxunuşları etdim, amma o, məni çox təriflədi (gülümsəyir). Əvvəlcə şəkli korlayacağımdan narahat idim, sonra bu barədə düşünmədim, sadəcə sakitcə rənglədim. Möhtəşəm yerdir!”

Alina Canabaevanın sözlərinə görə, o, Azərbaycan mətbəxinin yeməklərini dadmaqdan məmnundur:

“Bu gün naharda yalnız Azərbaycan mətbəxinin milli yeməklərini sifariş etdim. Çox dadlı "Saciçi" yedim".

Xatırladaq ki, festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov (EMIN), Rusiyanın əməkdar artisti Qriqori Leps, “Rusiya radiosu”nun və “Qızıl Qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Züleyxa İsmayılova

Bakucity.az

Albina Canabayeva
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 568 nəfərin koron...
Cəmiyyət
Təhsil nazirliyi vacib məlumat yayıb. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumi təhsil müəssisələrinə məktub göndərib. BakuCity.az xəbər verir ki, məktubda 2019-2020-ci il tədris ilində ümumi təhsil pilləsi üzrə təhsil alanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb: 1. I sinif şagirdlərinin məktəbdaxili qiymətlidirilməsi aparılm...
Ekologiya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, ni...
Kriminal
Tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb. Əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu "Prins Baku" təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. BakuCity.az xəbər verir ki, Suraxanı rayonu 31-ci Polis bölməsi əməkdaşı olan K.Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. Karantin postunda "Audi"...
Cəmiyyət
Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 40 gün müddət tamamlandığı halda cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.  Artıq minlər...
Kriminal
Polis uşağın atası tərəfindən bıçaqlanması ilə bağlı açıqlama verib. Bakıda 11 yaşlı uşağın atası tərəfindən bıçaqlanması hadisəsi nəzarətə götürülüb. BakuCity.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib. Həmçinin oxu: Bakıda ata 11 yaşlı oğlunu bıçaqladı - FOTO Bildirilib ki, faktla bağlı müvafiq araşdırmalara başlanılıb: “Araşdırmaların nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət v...
Cəmiyyət
Vətəndaşlara 190 manatlıq birdəfəlik yardım yenidən verilə bilərmi? Koronavirus pandemiyasına görə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da müxtəlif kateqoriyaya mənsub insanlara, şirkətlərə müəyyən ödənişlər, yardımlar edildi. Karantin rejimində 600 mindən çox insana 190 manatlıq yardım edildi. Artıq yumşaldılma ilə bağlı bir çox iaşə obyekti fəaliyyətinə başlayıb. Bəs görəsən, karantin rejimi davam etdiyi müddət ərzində hələ də fəaliyyəti bərpa olun...
Cəmiyyət
Sığırlı barədə reportaj hazırlanıb. Son günlər koronavirusa yoluxanların sayına görə Mərkəzi Aran rayonları ön sıralarda dayanır. Burada Kürdəmiri xüsusi qeyd etmək lazımdır. BakuCity.az xəbər verir ki, təkcə son iki gündə rayonun Sığırlı kəndində 21 nəfərin bu virusa yoluxduğu aşkarlanıb. Onların içərisində 1 yaşlı uşaq da var. Demək olar ki, kənd sakinlərindən hər kəsin temperaturu ölçülüb. Şübhəli şəxslərdən elə yerindəcə yaxma analizləri götürülüb. Vir...
Hadisələr
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Nizami rayonu ərazisində baş verib. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1974-cü il təvəllüdlü Mirzəyevə Leyla Əfras qızı yaralanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, ilkin müayinə zamanı ona baş beynin silkələnməsi diaqnozu qoyulub. Hadisə ilə bağlı araşdırma aparılır. (report) BakuCity.az