"Jara-2019" musiqi festivalının ikinci günü keçirildi - FOTO

Stas Mixailov və Qreqori Leps arasında musiqili “yarış” olub

Bakucity.az xəbər verir ki, Beynəlxalq "Jara-2019" festivalının ikinci günü əfsanəvi "Lyube" qrupunun bənzərsiz ifası ilə əlamətdar olub.

Belə ki, 26 iyul festivalın pərəstişkarları tərəfindən Rusiya pop musiqisinin əfsanələrinə çevrilən ulduzlarının çıxışı ilə yadda qalıb. 

Fmlipp Kirkorov, Valeria, Lolita, Lyubov Uspenka, Leonid Aqutin, Nataşa Koroleva, İqor Nikolaev, Aleksandr Buynov, Na-Na, Tamara Qverdtsiteli, Layma Vaykule, “Ruki Vverx” və s. kimi ifaçıların reportuarında mahnılar tamaşaçıları çılğın emosiya bəxş edib.

Musiqi bayramında həmçinin qonaqlara yerli estrada ulduzları İlqar Xəyal, Brilliant Dadasheva və Nigar Camalın ifasında mahnılar təqdim olunub. 

Stas Mixaylovun və Qriqori Lepsin özünəməxsus musiqili "yarış"ı bir daha subut edib ki, musiqi insanları birləşdirən məfumdur. İki sənətçinin fərqli səsi və musiqi janrı, şiddətli coşğu dalğası ilə əhatə olunan festival konsertinin böyük tamaşaçı qismini birləşdirib. Konsert rəngarəng atəşfəşanlıqla müşayiət olunub. 

Çoxdan gözlənilən Aygün Kazimova və Flipp Kirkoravın dueti o qədər parlaq olub ki, tamaşaçılar "Djalma" (Джалма) mahnısını da ifa etməyi xahiş ediblər. 

Səhnəyə “Artik & Asti”, Slava, Jasmin, İntars Busulis, “COSMOS girls”, “Otpetıye moşenniki” (Отпетые мошенники), “Ruki Vverx”, Brandon Stone, Aleksandr Ponayotov və Lyubov Uspenskaya kimi ulduzlar da çıxıblar.

Emin Ağalarov və Nikolay Rastorquyevin dueti isə gecəyə xüsusi rəng qatıb. İki məşhur sənətçinin ifası o qədər qəlb oxşayan və ahəngdar olub ki, tamaşaçılar öz heyranlıqlarını gizləyə bilməyib.

Dördüncü Beynəlxalq "JARA" Festivalı 25-28 iyul tarixində Xəzər dənizinin sahilində, “Sea Breeze” istirahət və turizm mərkəzində keçirilir.

Festivalda Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, ABŞ, İtaliya, İsveç və s. ölkələrdən ulduzlar çıxış edir. Bu günlərdə festival qonaqları ulduzların unudulmaz çıxışlarını, həmçinin möhtəşəm proqramlarını gözləyirlər.

Festivalın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqori Leps, “Rusiya Radiosu”nun və “Qızıl Qramofon” mükafatının təsisçisi Sergey Kajevikovdur.  

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Züleyxa İsmayılova

Foto: Ceyhun Rəhimzadə

Bakucity.az 

jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
COVID-19 peyvəndinin hələ də tam olaraq təsdiqlənməməsi səbəbilə narahatlıqlar davam edir. BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı infeksionist Vüqar Cavadzadə Azerforum.com-a açıqlama verib. O qeyd edib ki, bu, yeni növ infeksiya olduğu üçün, hələ onun virusoloji xüsusiyyətləri tam bilinmir: “Onun virusoloji, epidemioloji, xəstələr üzərində olan klinik xüsusiyyətləri hələ tam öyrənilməyib. İnsanlar koronavirusa yoluxduqda, ağciyər toxumalarında hansı...
Ekologiya
Bakıda sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 26-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisb...
İdman
Bu gün UEFA Super Kubokunun yeni sahibi müəyyənləşəcək. BakuCity.az xəbər verir ki, sayca 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünü qalibi olan Almaniya "Bavariya"sı ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı üz-üzə gələcək. Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ingiltərəli referi Entoni Teylor idarə edəcək. Oyun öncəsi "Ba...
Hadisələr
Bakı Nəqliyyat Agentliyi “BakuBus” avtobus qəzası ilə bağlı rəsmi açıqlama verib. BakuCity.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində heç kim xəsarət almayıb. 11:19 “BakuBus” avtobusu qəzaya uğrayıb. BakuCity.az xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat verilib....
Cəmiyyət
Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) növbəti kadr dəyişikliyi olub. BakuCity.az xəbər verir ki, bununla bağlı Biləsuvar RİH-nin başçısı Faiq Qürbətov sərəncam imzalayıb. Sərəncamla Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Pöhran Şahbazov işdən çıxarılıb. Hələlik onun yerinə təyinat olmayıb. Bir neçə gün öncə də rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Yaşar Əzimov işdən çıxarılıb. BakuCity.az
Müsahibə
"Bu, hibrid savaşdır". BakuCity.az jurnalist Elçin Alıoğlunun Ermənistan xüsusi xidmət orqanları və onlara havadarlıq edənlərin Azərbaycana qarşı açdığı yeni hibrid müharibənin təfərrüatları ilə bağlı müsahibəsini təqdim edir: – Elçin bəy, son statusunuzda “media ermənilərin və Ermənistana işləyənlərin özlərini rahat hiss edəcəkləri yer olmayacaq” fikrini səsləndirdiniz. Nə baş verir? – Ermənistan xüsusi xidmət orqanları, erməni diaspor nümayəndələri, habe...
Siyasət
Yayılan məlumatlar təkzib olunub. Son günlər xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə yayılmış məlumatlar növbəti dəfə təkzib olunub. BakuCity.az xəbər verir ki, türkiyəli məşhur jurnalist Levent Kemal bununla bağlı şəxsi “Twitter” hesabından açıqlama yayıb. Jurnalist qeyd edib ki, Azərbaycana cəlb olunacağı iddia olunan “Həmzə” diviziyasının komandiri ilə danışıb: “Həmzə” diviziyasının k...
Siyasət
Atəşkəs rejimini pozub. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən m...
Mədəniyyət
Aktrisa Sevinc Əliyeva Xəzər televiziyasında aparıcılığa başlayır. BakuCity.az xəbər verir ki, Sevinc Əliyeva Xəzər televiziyasında "3 BALAM" verilişində aparıcılıq edəcək. Veriliş sentyabrın 26-da səhər saat 09:30-da yayımlanacaq. Qeyd edək ki, Xəzər televiziyasının rəhbəri Murad Dadaşovdur. BakuCity.az