Sergey Jukov: "Bakıda möhtəşəm konsertimiz olacaq!"

Sergey Jukov: "Bakıda möhtəşəm konsertimiz olacaq!", Oral Aliyev

"Ruki Vverx" qrupunun solisti Bakı üçün solo proqram hazırlayır

Bakucity.az oxucularını "Jara-2019" beynəlxalq musiqi festivalından ən isti xəbərlərlə tanış etməyə davam edir. 

"Ruki Vverx" qrupunun solisti jurnalistlərə qeyd edib ki, "Jara-2019" festivalında iştirakı Bakıda solo konsertə hazırlaşması üçün müəyyən bir başlanğıcdır.

“Biz Bakıda çoxdan olmuşuq. Ümid edirik ki, bu, yeni bir şeyin başlanğıcıdır. Tezliklə üç saatlıq proqramla geri dönəcəyik. Bu solu proqramla musiqi meydanını partlatacağıq (gülür)! Möhtəşəm olacaq!".

Qeyd edək ki, festivalın təkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMIN), Rusiyanın əməkdar artisti Qriqori Leps, "Rusiya radiosu"nun və “Qızıl qrammafon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Xatırladaq ki, festival iyulun 25-dən 28-dək davam edəcək.

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər