Bakıda “Jara” filminin premyerası keçirildi – FOTO

Dünyaca məşhur ulduzlar “CinemaPlus” kinoteatrında bir araya gəlib

Bakucity.az xəbər verir ki, iyulun 26-da "Jara" komediya filminin qapalı premyerası baş tutub.

Xoş və səmimi atmosferdə təqdim olunan filmə ilk baxanlar arasında Filipp Kirkorov uşaqları Alla-Viktoriya və Martinlə, Emin Ağalarov oğlu Əli ilə, Denis Klyaver həyat yoldaşı ilə, Anita Tsoy, Vadim Vernik, Maqomed Murtazayev, Aygun Kazımova, Cəfər Axunzadə, Dilarə Kazımova, Səmra Rəhimli, Ceyhun Zeynalov (Jin), Tural Əsədov, Emil Abbasov, həmçinin “ZharaMusic”in (laybl) baş prodüseri BahhTee, artistlərdən EL'MAN, Zomb və Ellai də olub.

Baş prodüser olaraq Emin Ağalarov bütün qonaqları salamlayıb, onlara yaxşı vaxt keçirməklərini bildirib və Bakı yayının bənzərsiz atmosferində “Jara” festivalının səhnə arxası həyatı ilə tanışlığa dəvət edib.

"İstənilən musiqi festivalı yüzlərlə sənətkarı birləşdirən, həmişə qaynar və həyəcanlı səhnəarxası məqamlarının efirlərdə görünmədiyi geniş miqyaslı bir tədbirdir. Məhz buna görə də yalnız aktyorların deyil, ulduzların da iştirakı ilə bədii romantik bir film çəkmək qərarına gəldik", deyə Emin Ağalarov bildirib. 

Filmin ideya müəllifi və prodüseri Timur Cəfərov, rejissoru Dünya Lisova, bədii rəhbəri Maksim Alipçenko və quruluşçu operator Vasili Rıjov da həmçinin çıxış edib. 

Festival çərçivəsində filmin premyerasını Aleksandr Panayotov, Dakota, Qlikoza, Valeriya və İosif Priqojin, Maks Barski, Yana Çurikova, Sergey Kojevnikov, Stiven Siqal, Alena Şişkova, Albin Canabayeva, Kristina Orbakayte, Artik & Asti, Leyla Əliyeva, Jasmin və digərləri dəstəkləyib.

Filmin çəkilişi 2018-ci ilin iyul ayında Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalı çərçivəsində baş tutub.

Bu yer seçimi və çəkiliş vaxtı rejissorlara Rusiya və Azərbaycanın bütün ulduzlarını bir yerə toplamaq üçün unikal bir fürsət idi - buna görə filmdə iştirak edən məşhurların sayı rekord göstəricidir. Çəkilişdə Filipp Kirkorov, Nikolay Baskov, Qriqori Leps, Ani Lorak, EMIN, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak edib.

Filmin süjeti rus estradasının ulduzları ilə dolu bir təyyarədə başlayır.

Hamısı Bakıdakı "Jara" festivalına gəlir: səs-küylü söhbətlər, bir-birləri ilə zarafatlar və s.

Film tezliklə tamaşaçıların ixtiyarına veriləcək

Qeyd edək ki, festivalın təkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMIN), Rusiyanın əməkdar artisti Qriqori Leps, "Rusiya radiosu"nun və “Qızıl qrammafon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Bakucity.az 

jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
200 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 101-ci ildönümüdür. Bakucity.az xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də e...
Cəmiyyət
Sabaha olan hava proqnozu Sentyabrın 15-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Bakucity.az xəbər verir ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 16-18° isti, gündüz  25-27° isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 763  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  55-65 % olacaq. Bakucity.az
Mədəniyyət
Tədbir Bakı Fotoqrafiya Evində keçirilib Sentyabrın 13-də Kiyev-Peçora Milli Tarix-Mədəniyyət Qoruğunun “Kiyev-Peçora böyük monastrı. Tarix və müasirlik” adlı səyyar bədii foto sərgisi Ukraynanın Azərbaycandakı Səfirliyinin və Sumqayıtdakı İ.Franko adına Ukrayna ictimai təşkilatının dəstəyi ilə ilk dəfə “İçərişəhər” Muzey Mərkəzinin Fotoqrafiya Evində keçirilib. Bakucity.az xəbər verir ki, açılış mərasimində çıxıç edən “İçərişəhər” Muzey Mərkəzinin direkto...
Cəmiyyət
“İstəmirik ki, kənardan baxan desin “polis imkan vermir” Ölkədə dərs ilinin başlaması ilə əlaqədər Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bununla bağlı Bakucity.az-a məlumat verən BŞBDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov qeyd edib ki, paytaxtda yerləşən bütün təhsil ocaqları nəzarətə alınacaq.  “16 sentyabr dərs ilinin başlaması ilə bağlı Bakıda yerləşən təhsil müəssisələ...
Hadisələr
Qadın yolda yatıb Paytaxtın Binəqədi rayonunda içkili qadın çətin anlar yaşadıb. Bakucity.az xəbər verir ki, hadisə S.S.Axundov küçəsində baş verib. Şahidlər iddia edirlər ki, 50-60 yaşlarında olan qadın yola yaxınlaşanda yıxılıb və orada yatıb. Onun yanında olan kişi qadının rəfiqəsi ilə birlikdə həddən artıq spirtli içki qəbul etdiyini bildirib. O, ətrafdakı insanların köməyi ilə taksi sifariş verib, və çətinliklə olsa da, qadını maşına əyləşdirərək ər...
Cəmiyyət
Qəza nəticəsində “Ford”un daşıdığı yük yola səpələnib Bakıda aeroport yolunda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, BMW markalı avtomobil idarəetməni itirərək “Ford” markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində “Ford” dəmir arakəsməyə dəyərək bir neçə dəfə çevrilib.  Eyni zamanda, BMW də digər dəmir arakəsməyə dəyib. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Ford”un daşıdığı yük isə yola...
Cəmiyyət
Ceyhun Cəfərzadə qonşusunun arxasınca düşərək Ağdama gedib Bakucity.az-ın “Öz hekayəni danış” layihəsinin qonağı Qarabağ müharibəsi iştirakçısı Ceyhun Cəfərzadədir. Cəfərzadə Ceyhun Tahir oğlu 1977-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. Qarabağ müharibəsi zamanı məcburi köçkün düşən Ceyhun ailə üzvləri ilə birlikdə Bakıya gəlib və Əhmədli qəsəbəsində müvəqqəti məskunlaşıb. Hazırda dövlət tərəfindən Lökbatan qəsəbəsində məcburi köçkünlər ü...
Hadisələr
Qəza zamanı bir nəfər xəsarət alıb Paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, Əmayev Sinan Çingiz oğlu idarə etdiyi motosikletli hərəkətdə olan zaman Əkbərov Əkrəm Allahverdi oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobilə vurub.  Hadisə nəticəsində motosiklet sürücüsü S.Əmayev xəsarət alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Qəzaya uğrayan hər iki nəqliyyat vasitəsi cərimə meydançasına...
Cəmiyyət
Pasiyentdə emboliya (piyin qana keçməsi) halı baş verib Bakıda liposaksiya əməliyyatı etdirən ərəb turist Rasa Ellemzadaa komaya düşüb.  Bakucity.az xəbər verir ki, qadın Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına müraciət edib. Əməliyyat zamanı onun vəziyyəti pisləşib və xəstə Baku Medical Plazaya yerləşdirilib.  Qeyd edilir ki, R.Ellemzadaa hazırda komadadır, xəstədə emboliya (piyin qana keçmə...