“Jara” dünya şöhrəti qazanır - STATİSTİKA

“Jara” dünya şöhrəti qazanır - STATİSTİKA

"Jara-2019"-un biletləri dünyanın müxtəlif yerlərində satılır

Bakucity.az xəbər verir ki, “Jara” beynəlxalq musiqi festivalı təkcə Azərbaycanda və Rusiyada deyil, digər ölkələrdə də ən populyar layihələrdən biridir. Bu, hər il keçirilən musiqi festivalının bilet satış statistikasında aydın şəkildə göstərilir.

Oxuculara satış rəqəmləri ilə tanış olmağı təklif edirik:

Azərbaycan - 18309

Rusiya - 1905

Ukrayna - 374

Qazaxıstan - 243

Belarusiya - 66

Latviya - 28

BƏƏ - 25

İsrail - 95

Özbəkistan - 139

Gürcüstan - 44

ABŞ - 128

Böyük Britaniya - 40

Fransa - 24

Estoniya - 49

Almaniya - 40

Bu il festivalda Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, İtaliya, İsveç, ABŞ və digər ölkələrdən populyar estrada müğənniləri iştirak edirlər.

"Jara"nın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, “Rusiya Radiosu”nun və “Qızıl Qrammofon” mükafatının təsisçisi Sergey Kojaevnikovdur.

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Züleyxa İsmayılova

Bakucity.az

jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər