Leyla Əliyeva: "Bakı sevgi və sevinc şəhəridir!" - VİDEO

Leyla Əliyeva: "Bakı sevgi və sevinc şəhəridir!" - VİDEO

Leyla Əliyeva "Jara-2019"-un üçüncü gününə qatılıb

Bakucity.az xəbər verir ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara-2019" və Bakı haqda təəssüratlarını bölüşüb. O, qeyd edib ki, Bakı insanları birləşdirən şəhərdir.

 Qeyd edək ki, bu il festivalda Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, İtaliya, İsveç, ABŞ və digər ölkələrdən populyar estrada müğənniləri iştirak edirlər.

"Jara"nın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, “Rusiya Radiosu”nun və “Qızıl Qrammofon” mükafatının təsisçisi Sergey Kojaevnikovdur.

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Züleyxa İsmayılova

Bakucity.az 

Jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər