Ulduzlar "Jara"nın qırmızı xalısında keçiblər - FOTO

Fanatlar sevimli sənətçiləri, bloggerlər və teleaparıcılarla görüşüblər.

Bakucity.az xəbər verir ki, “Jara-2019” beynəlxalq musiqi festivalının əvvəlki iki günündə olduğu kimi, fanatlar qırmızı xalı üzərindən keçən şou-biznesin ən görkəmli nümayəndələrini alqışlayıblar.

Şou-biznes dünyasının nümayəndələri isə təəssüratlarını media ilə bölüşərək, hər kəsi yaxşı əhval-ruhiyyədə saxlamağa davam ediblər.

Bu gecə möhtəşəmliyi ilə hər kəsi təəccübləndirən qırmızı xalı üzərindən EMIN, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Nataşa Koroleva, Aleksandr Panayotov, Brandon Stone, Jasmin, İrina Dubtsova, Denis Klyaver, MBAND, Stas Piexa, "Na-Na” qrupu, Dilarə Kazimova, Natalia Podolskaya, Zara və başqaları keçib.

Bir gün əvvəl aldığı zədəyə baxmayaraq, müğənni Anita Tsoy qırmızı xalıdan keçib. İfaçı əlil arabasında hərəkət etməli olsa da, bu onun əla əhval-ruhiyyədə qalmasına və pərəstişkarlarını sevindirməsinə mane olmayıb.

Bugünkü konsertdə 90-cı illərin ən populyar kompozisiyaları nümayiş olunub. Qonaqlar həmçinin Stas Mixaylovun və Qriqori Lepsin musiqili "yarışını" gözləyirlər.

Yayın ən möhtəşəm tədbiri 25-28 iyul tarixində paytaxtdakı məşhur istirahət mərkəzlərindən olan “Sea Breeze”keçirilir.

Bu il layihədə Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, İtaliya, İsveç və ABŞ-dan populyar estrada müğənniləri iştirak edirlər.

Musiqi bayramı sevilən hitlər və digər gözəlliklərin müşaiyəti ilə davam edir.

Festivalın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, “Rusiya Radiosu”nun və “Qızıl Qramofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Foto: Ceyhun Rəhimzadə

Züleyxa İsmayılova

Bakucity.az

jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
COVID-19 peyvəndinin hələ də tam olaraq təsdiqlənməməsi səbəbilə narahatlıqlar davam edir. BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı infeksionist Vüqar Cavadzadə Azerforum.com-a açıqlama verib. O qeyd edib ki, bu, yeni növ infeksiya olduğu üçün, hələ onun virusoloji xüsusiyyətləri tam bilinmir: “Onun virusoloji, epidemioloji, xəstələr üzərində olan klinik xüsusiyyətləri hələ tam öyrənilməyib. İnsanlar koronavirusa yoluxduqda, ağciyər toxumalarında hansı...
Ekologiya
Bakıda sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 26-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisb...
İdman
Bu gün UEFA Super Kubokunun yeni sahibi müəyyənləşəcək. BakuCity.az xəbər verir ki, sayca 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünü qalibi olan Almaniya "Bavariya"sı ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı üz-üzə gələcək. Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ingiltərəli referi Entoni Teylor idarə edəcək. Oyun öncəsi "Ba...
Hadisələr
Bakı Nəqliyyat Agentliyi “BakuBus” avtobus qəzası ilə bağlı rəsmi açıqlama verib. BakuCity.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində heç kim xəsarət almayıb. 11:19 “BakuBus” avtobusu qəzaya uğrayıb. BakuCity.az xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat verilib....
Cəmiyyət
Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) növbəti kadr dəyişikliyi olub. BakuCity.az xəbər verir ki, bununla bağlı Biləsuvar RİH-nin başçısı Faiq Qürbətov sərəncam imzalayıb. Sərəncamla Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Pöhran Şahbazov işdən çıxarılıb. Hələlik onun yerinə təyinat olmayıb. Bir neçə gün öncə də rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Yaşar Əzimov işdən çıxarılıb. BakuCity.az
Müsahibə
"Bu, hibrid savaşdır". BakuCity.az jurnalist Elçin Alıoğlunun Ermənistan xüsusi xidmət orqanları və onlara havadarlıq edənlərin Azərbaycana qarşı açdığı yeni hibrid müharibənin təfərrüatları ilə bağlı müsahibəsini təqdim edir: – Elçin bəy, son statusunuzda “media ermənilərin və Ermənistana işləyənlərin özlərini rahat hiss edəcəkləri yer olmayacaq” fikrini səsləndirdiniz. Nə baş verir? – Ermənistan xüsusi xidmət orqanları, erməni diaspor nümayəndələri, habe...
Siyasət
Yayılan məlumatlar təkzib olunub. Son günlər xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə yayılmış məlumatlar növbəti dəfə təkzib olunub. BakuCity.az xəbər verir ki, türkiyəli məşhur jurnalist Levent Kemal bununla bağlı şəxsi “Twitter” hesabından açıqlama yayıb. Jurnalist qeyd edib ki, Azərbaycana cəlb olunacağı iddia olunan “Həmzə” diviziyasının komandiri ilə danışıb: “Həmzə” diviziyasının k...
Siyasət
Atəşkəs rejimini pozub. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən m...
Mədəniyyət
Aktrisa Sevinc Əliyeva Xəzər televiziyasında aparıcılığa başlayır. BakuCity.az xəbər verir ki, Sevinc Əliyeva Xəzər televiziyasında "3 BALAM" verilişində aparıcılıq edəcək. Veriliş sentyabrın 26-da səhər saat 09:30-da yayımlanacaq. Qeyd edək ki, Xəzər televiziyasının rəhbəri Murad Dadaşovdur. BakuCity.az