Qrup üzvləri yay əhval-ruhiyyəsini hamı ilə bölüşüblər
Bakucity.az xəbər verir ki, Bakıda keçirilən “Jara-2019” yay musiqi festivalı davam edir.
Daha əvvəl qeyd edildiyimiz kimi, bu axşam 90-cı illərin musiqilərinə həsr olunub. Festival iştirakçıları arasında populyar olan rus “Hi-Fi” qrupu da qırmızı xalı üzərindən keçib.
Qrup üzvləri etiraf ediblər ki, Azərbaycan paytaxtında dincəlmək, dənizində üzmək və Bakı yayının bir parçasını özləri ilə aparmaq istəyirlər.
Qeyd edək ki, "Jara-2019” beynəlxalq musiqi festivalı 25-28 iyul tarixlərində Bakıda keçirilir.
Layihə müğənni və bəstəkar Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, “Rusiya radiosu”nun və “Qızıl Qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov tərəfindən təşkil olunub.
Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.
Bakucity.az