"Jara-2019" festivalında 90-cı illərin ab-havası yaşandı

"Jara-2019" festivalında 90-cı illərin ab-havası yaşandı

Ulduzlar tamaşaçılara əfsanəvi musiqilərlə duyğusal anlar yaşadıb

Bakucity.az xəbər verir ki, Bakıda keçirilən “Jara-2019" beynəlxalq festivalının üçüncü konsert günündə musiqi həvəskarları üçün ürəklərə çox əziz olan mahnılar səsləndirilib.

Gecəyə gələn Bakı sakinləri və turistlər doğam ifaçılarla ən sevilən mahnıları oxuyublar.

"Jara" azarkeşləri üçün bu axşam Dilarə Kazımova, Anita Tsoi, Aleksandr Malinin, Vladimir Kuzmin, Stas Pexa, Rodion Gazmanov, Qriqori Leps, Lyubov Uspenskaya, İrina Dubtsova, Jasmin, Zara, qruplardan “Na-Na”, “Hi-Fi”, “Ruki Vverx” kimi məşhurlar çıxış ediblər.

Məşhur Belarusiyalı raper Sereqa məşhur hiti "Çernıy Bumer” (Черный Бумер) səsləndirib. Mahnını sona çatdıran repçi son misranı səsləndirərkən sözləri "Qara Bumer" olaraq dəyişdirib və bu tamaşaçıların tam zövq almasına səbəb olub.

Tam əminliklə deyə bilərik ki, sənətçilər tamaşaçıları 90-cı illərin atmosferinə apara biliblər. Eyni zamanda ifaçıların özləri də gecədən zövq alıblar.

"Jara" beynəlxalq musiqi festivalı 2016-cı ildən başlayaraq hər il Bakıda keçirilir.

Layihə məşhur müğənni və bəstəkar Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, “Rusiya radiosu”nun və “Qızıl Qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov tərəfindən təşkil olunur.

Bu il musiqi festivalında Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, İtaliya, İsveç, ABŞ və digər ölkələrin məşhur pop ulduzları iştirak edirlər.

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Züleyxa İsmayılova

Bakucity.az

jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər