“M-BAND” qrupu: "Jara"nın “Pre-party”sində olmuşuq - VİDEO

“M-BAND” qrupu: "Jara"nın “Pre-party”sində olmuşuq - VİDEO

Qrup Qriqori Lepsin repertuarından olan mahnı ifa edəcək

Bakucity.az  xəbər verir ki, onların jurnalistlərə dediklərinə görə, “Pri-party”dən sonra səhnə dizaynının necə olması onlar üçün çox maraqlıdır.

İfaçılar qeyd ediblər ki, festivalın miqyasın ildən-ilə genişlənir. “M-BAND” oğlanları Bakını daha çox “Jara” və ləzzətli yeməkləri ilə  tanıdıqlarını qeyd ediblər. 

Xatırladaq ki, festival müğənni və bəstəkar Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, "Rusiya radiosu"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikov tərəfindən təşkil olunur.

Bu il "Jara" səhnəsi Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ, Gürcüstan və digər ölkələrin sənətçilərini bir araya gətirir.

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Bakucity.az

jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər