Alena Şişkova: "Mən Bakını sevirəm" - VİDEO

Alena Şişkova: "Mən Bakını sevirəm" - VİDEO

Məşhur rusiyalı model Bakıya tez-tez qonaq gəldiyini deyib

Bakucity.az xəbər verir ki, "Vitse Miss Rusiya 2012" Eminin onu "Jara" beynəlxalq musiqi festivalına dəvət etməsindən çox məmnun olduğunu bildirib.

Alena Şişkova hər an məşğul olduğunu, amma buna baxmayaraq, səhərə qədər əylənmək də daxil olmaqla, hər şeyi vaxtında eləməyi bacardığını qeyd edib.

Qeyd edək ki, "Jara-2019” beynəlxalq musiqi festivalı 25-28 iyul tarixlərində Bakıda keçirilir.

Layihə müğənni və bəstəkar Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, “Rusiya radiosu”nun və “Qızıl Qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov tərəfindən təşkil olunub.

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Bakucity.az

jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər