Emin Ağalarov: "Bu konsert pulsuzdur, məndən şəhərimə hədiyyədir"

Emin Ağalarov: "Bu konsert pulsuzdur, məndən şəhərimə hədiyyədir"

Azərbaycanın xalq artisti festivalın 2020-ci ildəki planları barədə danışıb

Bakucity.az-a eksklüziv müsahibəsində "Jara" beynəlxalq musiqi festivalının təşkilatçısı Emin Ağalarov qeyd edib ki, festivalın əhatə dairəsi daha da genişləndiriləcək:

"Daha böyük bir "Jara" səhnəsi qurmağa çalışacağıq, festivala yeni ölkələrin qatılmasına çalışcağıq".

Xalq artistinin sözlərinə görə, gələn il üçün hazırlıqlar başlayıb. Müğənni "Jara" festivalının Bakı üçün əhəmiyyətini də vurğulayıb:

“Bu musiqi festivalı müxtəlif mədəniyyətləri olan millətlərin dostluq bayramıdır. Hamısı bu səhnədə bir araya gəlir".

Xalq artisti bu axşam Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək və Rusiyanın MUZ TV kanalı tərəfindən təşkil olunan açıq hava diskotekasından da danışıb:

"Bu, şəhərimə hədiyyə olaraq təşkil etdiyim bir konsertdir. Burada 50-yə yaxın sənətçi pulsuz çıxış edəcək. Əminəm ki, burada "SeaBreeze"də "Jara"ya qatıla bilməyənlər iştirak edəcək".

Qeyd edək ki, festivalda Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, ABŞ, İtaliya, İsveç və s. ölkələrdən ulduzlar çıxış edir. Bu günlərdə festival qonaqları ulduzların unudulmaz çıxışlarını, həmçinin möhtəşəm proqramlarını gözləyirlər.

"Jara"nın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqori Leps, “Rusiya Radiosu”nun və “Qızıl Qramofon” mükafatının təsisçisi Sergey Kajevikovdur.  

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Emin Ağalarov: "Bu konsert pulsuzdur, məndən şəhərimə hədiyyədir", fotoşəkil-1 Emin Ağalarov: "Bu konsert pulsuzdur, məndən şəhərimə hədiyyədir", fotoşəkil-2 Emin Ağalarov: "Bu konsert pulsuzdur, məndən şəhərimə hədiyyədir", fotoşəkil-3

Bakucity.az

Jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər