Xəzərin sahilində ulduzların göz qamaşdıran parıltısı
Bakucity.az xəbər verir ki, iyulun 28-də ən böyük illik musiqi layihəsinin son gününə start verilib. Media nümayəndələri, şou-biznes adamlarının təəssüratlarını öyrəndikdən sonra sənətçilər, teleaparıcılar, “bloggerlər”lə söhbət edə biliblər.
Ulduzlar qırmızı xalıda möhtəşəm görünüşləri ilə fanatları bird aha həyəcanlandırıblar. Sənətçilər festivalın dörd unudulmaz gününə görə təşkilatçılara, ictimaiyyətə və Bakıya təşəkkürlərini bildiriblər.
Hər axşam qırmızı xalıdakı ulduzların obrazları biraz daha artır. Bu gün, “Jara” beynəlxalq musiqi festivalının son günündə yeni nəslin ən parlaq nümayəndələri: HammAli & Navai, Rauf & Faik, Mari Kraymberi, Ciqan, Zomb, “CYGO”, Andro, Molly, “ILO”, Joni, “TERNOVOY”, “MBAND”, Klava Koka, Rasa, Nazima, NATAN, Doni, ELLAİ, EL'MAN, və başqaları.
Bu gecəyə gənclik mühiti hakim oldu. İfaçılar böyük məmnuniyyətlə xoş əhval-ruhiyyələrini bölüşüb, bakılı fanatlarına salamlarını çatdırıb və ”Jara”nı sevdiklərini etiraf ediblər.
Qırmızı xalının bənzərsiz aparıcıları Yana Koşkina və Konstantin Tarasyuk festifalın fanatları ilə vidalaşıb, düz bir il sonra yenidən görüşəcəklərini vəd veriblər.
Bu konsert Timatinin solo konserti ilə yanaşı, EMIN, Qriqori Leps, LOBODA, Lyubov Uspenskaya, AISEL və digər tanınmış şou-biznes nümayəndələri ilə birlikdə tamaşaçılar tərəfindən yadda qalacağına söz verir.
Möhtəşəm musiqi festivalı 25-28 iyul tarixində paytaxtın ən gözəl istirahət mərkəzlərindən birində, “Sea Breeze”də keçirilir.
Eyni səhnədə Azərbaycan, Rus, Ukrayna, Qazaxıstan, İtaliya sənətçiləri çıxış edir.
Təşkilatçılar Azərbaycanın xalq artisti Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, “Rusiya radiosu”nun və “Qızıl qrammofon” mükafatının banisi Sergey Kojevnikovdur.