Bakıda keçirilən "Jara-2019" musiqi festivalı başa çatdı - FOTO

Böyük festivalın bağlanışı, atəşfəşanlıq və festival fanatlarının göz yaşları

Artıq əfsanəvi "Jara-2019" beynəlxalq musiqi festivalının dördüncü buraxılışı başa çatıb.

Bakucity.az xəbər verir ki, final axşamında Timati və yeni nəsl ulduzlarının möhtəşəm və unudulmaz konserti olub.

Ənənəyə görə, festivalın son axşamında ulduzlar nəinki səhnədə çıxış edib, həm də şouları ilə festivalı daha da alovlandırıblar.

Musiqili festival 25-28 iyul tarixlərində, Bakının ən gözəl və populyar istirahət mərkəzlərindən olan, “Sea Breeze”də keçirilib. Auditoriyanın coşğulu alqışları altında musiqi sədaları və məşhur ifaçıların səsləri, rəngarəng atəşfəşanlıq havaya yüksəlib.

Əlbəttə ki, festivalın başa çatması həmişə bir az kədərli olur, amma "Jara" gələn il bir daha keçiriləcək və fanatlarını bir daha yeni musiqi sürprizləri və ulduz yağışı ilə sevindirəcək.

Dördüncü festivalda eyni səhnədə Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, İtaliya, İsveç, Qazaxıstan və digər ölkələrin məşhur ifaçıları toplaşmışdı.

Festivalın bütün günləri əsas zalda keçirilib. Bu musiqi bayramında tamaşaçılar arasında həm Bakı sakinləri, həm də paytaxtımızın qonaqlar iştirak ediblər. Festivalın ən maraqlı hadisələri Rusiyanın birinci telekanalında, eləcə də yerli televiziyalarda nümayiş olunacaqdı.

Festival tamaşaçılar üçün ulduz qonaqlıqları, "Jara" filminin premyerası, həmçinin Lyube qrupunun yaradıcılıq axşamı, möhtəşəm konsertləri, Stas Mixaylovun və Qriqori Lepsin musiqi yarışması, 90-cı illərin ən yaxşı hitləri və nəhayət, final gecəsi Timatinin ifası və yeni nəsl ifaçıların konserti ilə yaddaqalan oldu. 

Bu il festivalın səhnəsi EMIN, A`studio, Qreqori Leps, Ani Lorak, Bosson, Qlikoza, Nikolay Baskov, Kristina Orbakaiti, Vera Brejneva, Sergey Lazarev, Lolita, Mozgi, “NK”, Monatik, Artik & Asti, Rita Dakotta, Burito, Olqa Buzova, Aleksandr Ponayotov, Çingiz Mustafayev, Albina Canabayeva, Alessandro Safina, Misha Romanova, Elina Çaq, Aygün Kazımova, Fmlipp Kirkorov, Valeria, Nataşa Quen, Victoriya Daineko, Leonid Aqutin, İlqar Xəyal, Brilliant Dadaşova, Lyubov Uspenskaya, Alexander Buinov, Laima Vaikule, Alena Apina, "Ruki Vverx", “Na-Na”, Jasmin, Intars Busulis, “COSMOS girls”, Tamara Qverdziteli, Nigar Camal, Irina Dubtsova, Marton Stone, HammAli & Nəvai, Ella, EL`MAN, CYGO və başqları kimi çox sayda ulduzları bir araya gətirdi. 

Azərbaycanın xalq artisti Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, “Rusiya radiosu”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov tərəfindən təşkil olunan festival qonaqlara və tamaşaçılara möhtəşəm bir istirahət yaşatmaq üçün çox böyük işlər görüb.

Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Züleyxa İsmayılova

Foto: Ceyhun Rəhimzadə

Bakucity.az

jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

İdman
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib. Azərbaycanda iyunun 1-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib.  Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qərara əsasən, yarışlarda tamaşaçılar iştirak etməyəcək.  BakuCity.az
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxma halında kəskin artım müşahidə olunur. Azərbaycanda 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib.  Hazırkı dövrədək ölkədə 4 989 nəfərin k...
Cəmiyyət
Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunacaq. May 31-i saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki,  ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictim...
Cəmiyyət
Azərbaycanda koronovirus nfeksiyasının yayılması nəzərət altına alınıb.  Ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzərət altına alınmışdır.  Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumatda bildirilir ki, bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən...
Hakimiyyət
Baş Nazir Əli Əsədov karantin rejimi ilə bağlı qərar verib. Baş Nazir Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar verib. BakuCity.az-ın verdiyi xəbərə görə, qərarda deyilir: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yo...
Cəmiyyət
Azərbaycanda koronavirusla bağlı yeni sistem yaradılıb. Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində www.koronavirusinfo.az saytında “Qaydalar hamı üçün eynidir” sistemi yaradılıb. BakuCity.az xəbər verir ki, layihənin məqsədi pandemiya dövründə xüsusi sanitar rejimi tətbiq edilən fəaliyyət sahələri və istiqamətlərdə qaydalara əməl olunmasına ictimai nəzarəti gücləndirməkdir. Vətəndaşlar qida məshullarının ticarəti,...
Cəmiyyət
Ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda 191 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Ümumiyyətlə, ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Daha çox yoluxma isə şənbə-bazar və bayram günlərinə təsadüf edir. Artma dinamikası davam edərsə mayın 31-dən sonra karantin rejimi yenidən sərtləşdirilə bilərmi? BakuCity.az xəbər verir ki, bununla bağlı millət vəkili Cavi...
Biznes
Güzəştli mənzillərin qiyməti açıqlanıb. Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edpib. BakuCity.az xəbər verir ki, burada mənzillərin qiyməti əvvəlki  – Yasamaldakı kompleksdəki qiymətlərdən daha aşağı olacaq. Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır. Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə...
Cəmiyyət
S.Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının Baş rejissoru, əməkdar artist Sərvər Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb. BakuCity.az xəbər verir ki, bu barədə rejissorun özü məlumat verib. Rejissorun sözlərinə görə, ailə üzvlərindən koronavirus üçün götürlən test nümünələrinin cavabı isə neqativ olub: "Yaxşılağa doğru g...