Bakıda ağır yol qəzası baş verib, 6 yaralı var

Bakıda ağır yol qəzası baş verib, 6 yaralı var

Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib

Bakucity.az xəbər verir ki, hadisə Sahil qəsəbəsi yaxınlığında baş verib. Belə ki, mikroavtobus yük maşını ilə toqquşub.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı təcili yardıma çağırış saat 07:42-də daxil olub. Qəza yerinə 6 təcili tibbi yardım briqadası yollanıb.

Hadisə nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün isə orta ağırdır. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər