Bakıda heç bir sürücü “sarı zolağ”a düşməyib - AÇIQLAMA

Bakıda heç bir sürücü “sarı zolağ”a düşməyib - AÇIQLAMA

Paytaxtda sarı zolaqlara daxil olan sürücülərə heç bir protokol yazılmayıb

Bakucity.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bunları deyib: 

“Müşahidə kameraları davamlı şəkildə nəqliyyatın hərəkətini çəkir. Ayın 21-27-nə qədər bir neçə fakt istisna olmaqla, heç bir sürücü məsuliyyətə cəlb olunmayacaq. Bu məsələ ilə bağlı əməkdaşlarımız tərəfindən araşdırma davam edir. Sürücülər keçirilən tədbirin mahiyyətini başa düşərək, polis əməkdaşları ilə həmrəylik nümayiş etdirdilər”. 

Xatırladaq ki, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalı ilə bağlı paytaxt yollarına çəkilmiş xüsusi sarı zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağan edilmişdi. Bu zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələrini 40 manat məbləğində cərimə gözləyirdi. (oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər