Bakıda qatar taksini vurdu, yaralılar var

Bakıda qatar taksini vurdu, yaralılar var

Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub

Bakucity.az xəbər verir ki, hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.

Bu barədə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasına çağırış 12:44-də gəlib.

Hadisə yerinə 5 biriqada gedib. 22 yaşlı qız qapalı kəllə beyin travması, yuxarı ətrafların sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 20 yaşlı oğlan isə qapalı kəllə beyin travması alıb. Xəsarət alanların vəziyyəti ağırdır. 38 yaşlı kişi isə sol qolun sıyrılmış yarası alıb və yerində yardım edilib.

Digər yaralı, 33 yaşlı kişi sol çiyinin və sol baldırın travması alıb və yerində yardım edilib. Vətəndaş hospitalizasiyadan imtina edib. 

Qeyd edək ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər