Bakını əhatə edən qırılmalarda seysmiklik yoxlanılıb

Bakını əhatə edən qırılmalarda seysmiklik yoxlanılıb

Abşeron yarımadası və Bakını əhatə edən qırılmalarda seysmiklik qiymətləndirilib

Bakucity.az xəbər verir ki, espublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bunları deyib:

"Yasamal rayonu ən çox tikinti aparılan ərazi olduğuna görə, orada son bir neçə ildə araşdırmalar aparılıb. Bu rayonunda yeni tikililər olan ərazilər yoxlanılıb, qrunt sularının səviyyəsi öyrənilib. Eyni zamanda çox saylı tikinti sahələrindən alınmış məlumatlar əsasında Yasamal rayonunun seysmikliyi qiymətləndirilib".

Araşdırma son bir neçə ili əhatə edib və 2019-cu ilin əvvəlində başa çatıb. Araşdırmaların nəticəsi olaraq, Yasamal rayonu 64 ballıq şkala üzrə 8 ballıq zonaya aid edilib”. 

Qeyd edək ki, hazırda Abşeron və Bakının digər rayonlarının seysmikliyi ilə bağlı araşdırmalar aparılır. (APA)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər