Yuliya Kovalçuk: "Bu gün səhərə qədər rəqs olacaq!" - VİDEO

Yuliya Kovalçuk: "Bu gün səhərə qədər rəqs olacaq!" - VİDEO

Populyar rus müğənnisi "Jara"da yeni mahnısını təqdim edib 

Yuliya Kovalçukun sözlərinə görə, gənc ifaçıların yaradıcılığına həsr olunmuş ayrıca konsert ideyası əla olub. Həmçinin, o, qeyd edib ki, belə bir festivaldakı çıxış onlar üçün uğurlu başlanğıc olacaq. Y. Kovalçuk özü bu gün yeni nəsl musiqiçiləri arasında çıxış edəcəyindən məmnun olduğunu da bildirib.

Festivalın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMIN), Rusiyanın əməkdar artisti Qriqori Leps, “Rusiya radiosu”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Layihənin rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır.

Bakucity.az

https://www.bakucity.az
jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər