Onların meyiti aidiyyəti üzrə təhvil verilib
Bakucity.az xəbər verir ki, Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1991-ci il təvəllüdlü Əzizov Murad Teymur oğlunun və 1991-ci il təvəllüdlü Hacıquliyev Kamran Ağəli oğlunun axtarışları başa çatıb.
M.Əzizovun və K.Hacıquliyevin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bakucity.az