Nizami rayonunda iki kişi özünü hündürlükdən atmaq istəyib
Bakucity.az Neftayırma zavodunun yaxınlığında, “Neolit” şadlıq evi istiqamətində körpüyə iki kişi çıxıb.
Orta yaşlı kişilər özlərini ataraq intihar etmək istəyirlər. Hadisə yerinə xilasedicilər və polislər cəlb olunub.
Hazırda intihara cəhd edən şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır. (baku.ws)