Bakıda bu restoranlarda təzə pivə bişirilir – QİYMƏT / ARAŞDIRMA

Paytaxtın bu iki restoranında təzə pivə içmək şansınız var

Restoranda pivə bişirilirsə, bu, həmin məkanda həmişə təzə pivə ala biləcəyinizin təminatıdır. Paytaxtdakı  bəzi restoranlarda müştərilərə təzə pivə təklif olunur. 

Bakucity.az paytaxtda fəaliyyət göstərən iki restoranda verilən təzə pivə barədə material hazırlayıb.

Zəngin menyu və təzə pivə 

Paytaxtda öz pivəsi ilə tanınan ən populyar restoranlardan biri “Beerbasha Restaurant”dır. Restotoranın əməkdaşı Rüfət Salmanovun dediyinə görə, onlarda bir neçə növdə pivə bişirilir:

“Bizdə üç növ pivə: şəffaf “Light”, qırmızı “Special Beer” və qara “Dark” verilir. Bizim pivənin  litri isə 8 manatdır. Pivələri bişirməsi zamanı Rusiya, Belarus və İrlandiyadan gətirilmiş yüksək keyfiyyətli arpadan istifadə edilir”.

Rüfət Salmanovun qeyd etdiyinə görə, müştərilər arasında ən populyar pivə “Special” və “Light”dir. Məkanda qəlyanaltı üçün isti yeməklərdən və dəniz məhsullarından ibarət kifayət qədər geniş seçim var:

“Çəçil pendir (saçaqlı pendir) və müxtəlif qəlyanaltılardan ibarət menyumuzun ən minimal qiyməti 4 manat təşkil edir. İsti yeməklərdən “Popkorn”, “Naços” və “Krevetka”nı 15 manata sifariş verə bilərsiniz. Qızardılmış “Kalmar” 18 manat, sobada bişirilmiş “Midiya” 16 manat, manqalda hazırlanmış “Karalevski krivetka” isə 38 manatdır. Həmçinin, 50 manata qədər olan qiymətlərlə müxtəlif bifteklərimiz və başqa məhsullarımız var”. 

“Poulner Baku” da öz pivəsi ilə kifayət qədər məşhurdur. Burada iki növ pivə hazırlanır: “Paulaner Hefe-Weißbier Naturtrüb” və “Paulaner Hefe-Weißbier Dunkel”  6,50 manata (500 ml) satılır. 2 nəfər üçün pivə-set sifariş etmək də mümkündür ki, bu da 17,30 manata başa gələcək. Restoran sadəcə yaxşı pivə və alman mətbəxindən doyumlu yeməkləri ilə deyil, həm də öz interyeri ilə qonaqları cəlb edir. Məkana gələn müşdərilər burada özünü Bavariya küçələrində hiss edir. 

Restoranda həmçinin salatlar, qəlyanaltılar, şorbalardan ibarət geniş menyu təklif olunur. Məkanın ən bahalı yeməyi 85 manatlıq qızardılmış xərçəngdir. Gürcü mətbəxindən qızardılmış xəngəl 11,50 AZN, hisə verilmiş pendir (saçaqlı pendir) 5,20 AZN,  qızardılmış pendir isə 6,40 AZN-dir. Bavariya kartof şorbası burada 4,60 AZN-dir. Ən bahalı və ləziz salat isə 17,90 manatlıq balıqlı (qızıl balıq) “Sezar” hesab olunur.

Alman mətbəxindən isti yeməklər menyusuna daxil olan 19 manatlıq qızardılmız Bavariya qril-kotleti, 16.70 AZN-lik Oktoberfest toyuğu, 44,90 AZN-lik qızardılmış ördək yarısı, 32.20 AZN-lik Münhen retsepti ilə qlzardılmış qaban ətindən yeməklər möhtəşəmdir.

Başqa ölkələrdə necə iş qurmaq olar?

Araşdırma zamanı məlum oldu ki, hazırda bir çox məkan pivə bişirilməsini ya dayandırıb xaricdən alınmış hazır pivənin satışı ilə məşğuldur.  

Almaniya, Çexiya və Belgiyada bu içki ölkənin vizit kartına çevrilib. Misal üçün, Almaniyanın Münhen şəhərində öz pivəsini bişirməklə məşğul olan dünya şöhrətli “Hofbräuhaus” restoranı var. Məkan öz pivə bağı ilə də məşhurdur. Bağa gələn qonaqlar özlərilə hətta yemək də gətirə bilər. Restoran XVI əsrdə yaradılıb.

Belçika da məşhur pivə restoranına malikdir. Misal üçün, “Westvleteren” restoranı RateBeer.com veb saytının hazırladığı dünyanın ən yaxşı pivəsi reytinqinə daxildir ki, bu isə restorana axın edən müştərilərin daha da çoxalmasına səbəb olub.

Praqada isə "Staropramen" pivə zavodu "Velvet" eksklüziv köpüklü pivə bişirən məkandır. Bu marka Çexiyanın ən yaxşı pivəsi sayılır. 

Qiymət Cədvəli

Beerbasha Restaurant

Pivənin litri

Menyu

8 AZN

4-50 AZN

Poulner Baku

6,50 AZN

4,60-85 AZN

Züleyxa İsmayılova

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Hadisələr
Taxta bazarında yanğın baş verib. Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən BakuCity.az-a verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələr...
Kriminal
Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Xocahəsən yolunda qeydə alınıb. 1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Şadlıq saraylarının fəaliyyətə başlaması mümkündürmü? “Sərbəstlik və yumşalma artıqca yoluxanların sayı artır və bu fonda toyların və şadlıq saraylarının fəaliyyətə başlaması problemli görünür”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. “Hər şey yoluxmanın sayından və sosial məsuliyyətdən asılıdır. Bəlkə də yoluxmalar ar...
Cəmiyyət
Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb olub. Koronavirus pandemiyası ilə əlaqədar insanlar sosial məsafəni qorumalı olsalar da, əksəriyyət buna əməl etmir. BakuCity.az xəbər verir ki, bunu təsdiq edən görüntülərdən biri “Tarqovı”da lentə alınıb. Paytaxtın mərkəzi küçəsində insanların kütləvi şəkildə bir yerə yığılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  İnsanlar arasında sosial məsafəyə nəzarət etməli olan polis əməkdaşlarının gözə dəyməm...
Cəmiyyət
Bakıdan rayonlara gediş-gəliş bərpa olunmayıb. “Yumşalma artıqda, yoluxma artır. Ona görə də Operativ Qərargah rayonlara gediş-gəlişin bərpasını bu mərhələdə saxlamağı qərara alıb". BakuCity.az xəbər verir ki, bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. BakuCity.az
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. BakuCity.az
İdman
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib. Azərbaycanda iyunun 1-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib.  Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qərara əsasən, yarışlarda tamaşaçılar iştirak etməyəcək.  BakuCity.az
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxma halında kəskin artım müşahidə olunur. Azərbaycanda 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib.  Hazırkı dövrədək ölkədə 4 989 nəfərin k...
Cəmiyyət
Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunacaq. May 31-i saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki,  ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictim...