Ötən gün Xətai rayonunda lombarda basqın olub
Bakucity.az xəbər verir ki, iki naməlum kişi Babək prospekti, 76 saylı binada yerləşən lombarda girib.
Lombardın sahibəsi Leyla Əliyeva iddia edir ki, cinayətkarların silahı olub.
Onlardan biri silahla qadının başına zərbə endirib. Quldurlar lombarddan 10 min manat və dəyəri 30 min manat olan qızıl məmulatları götürüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) üzrə cinayət işi qaldırılıb. Şübhəlilərin saxlanılması istiqamətində iş aparılır. (Oxu.az)
Bakucity.az