Bakıda sabaha 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

Bakıda sabaha 35 dərəcə isti olacaq - HAVA PROQNOZU, Oral Aliyev

Paytaxtda iyul ayının son gününə gözlənilən hava şəraiti açıqlanıb

Bakucity.az xəbər verir ki, iyulun 31-də Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava günəşli olacaq. 

Cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər