Bakıda bu maşınlar 3500 manata satışa çıxarıldı

Bakıda bu maşınlar 3500 manata satışa çıxarıldı, Oral Aliyev

Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 27-də növbəti hərrac keçiəcək

Bakucity.az xəbər verir ki, elan edilən bu hərraca ümumilikdə 61 dövlət əmlakı çıxarılıb.

Bunlardan 29-u kiçik dövlət müəssisəsi, 19-u səhmdar cəmiyyəti, 8-i nəqliyyat vasitəsi, 5-i isə qeyri-yaşayış sahəsidir.

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsindəki xidmət obyektinin ümumi faydalı sahəsi 621.6 kv.m-dir. Dövlət əmlakı 668.3 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.

Budəfəki hərracda avtomobil almaq istəyənlər seçimlərini buraxılış tarixi 2005-2009-cu illər olan nəqliyyat vasitələri üzrə edə bilər.

Qeyd edək ki, bu avtomobillər "Nissan”, "Hyundai”, "BMW”, "Fiat” və digər markalara aiddir. Fiat avtomobilləri 3500 manatdan başlayaraq, "BMW” 5200 manatdan, "Nissan” isə 5000 manatdan satışa çıxarılır.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər