Vaqif Əsədov: "Bakıda sarı zolaqla bağlı narahatçılıq yoxdur"

Vaqif Əsədov: "Bakıda sarı zolaqla bağlı narahatçılıq yoxdur", Oral Aliyev

"Göstəriş verdiyimizə görə sürücülərə necə protokol tərtib edək?

Bakucity.az xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov paytaxt yollarında tətbiq edilən sarı solaqla bağlı açıqlama verib. Onun sözlərinə görə, sarı zolağa keçmək üçün özləri sürücülərə şərait yaradıblar:

“Hesab edirəm ki, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının yüksək səviyyədə təşkil edilməsində elə sürücülərimizin də rolu var. “Sarı zolağa neçə sürücünün girməsiylə bağlı sualları cavablandırmadım, yəni biz sarı zolağı nəzarətə götürdük və lazım gələrsə orda hərəkət edilməsinə özümüz icazə verdik. Özümüz icazə verdiyimiz halda, süni sıxlığın yaranmaması üçün hərəkət etməyə göstəriş verdiyimizə görə sürücülərə necə protokol tərtib edək?! Hesab edirəm ki, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının yüksək səviyyədə təşkil edilməsində elə sürücülərimizin də rolu var. Çünki onlar bu tədbirin mahiyyətini, beynəlxalq əhəmiyyətini qəbul edib, bizim tövsiyəmizə əməl etdilər. Sürücülər bacardıqca sarı zolaq üzərində hərəkət etmədiklərinə görə tədbir iştirakçıları üçün ayrılmış 136 avtobusun gün ərzində hərəkəti zamanı heç bir yol qəzası hadisəsi baş vermədi. Bu göstəriciyə sevinməyinə dəyər. O ki, qaldı siz deyirsiniz ki, yüzlərlə sürücü sarı zolağa çıxıb. Bir neçə kobud faktı nəzərə almasaq ümumilikdə, yol polisinin göstərişi əsasında sarı zolaqla bağlı heç bir narahatçılıq yoxdur. Bununla yanaşı, heç bir sürücü bundan narazı qalmamalı və bundan sonra da qalmayacaq”. 

Vaqif Əsədov: "Bakıda sarı zolaqla bağlı narahatçılıq yoxdur", fotoşəkil-1

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər