Faktla bağlı Bakı polisi hərəkətə keçdi
Bakucity.az xəbər verir ki, bir qrup sakin sosial şəbəkələrdə Nizami rayonu, metronun“Neftçilər” stansiyasının həndəvərində yolun bağlanması ilə bağlı məlumat yayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətin rəisi, polis mayoru Elşad Hacıyev “Reportun” sorğusuna cavab olaraqbildirib ki, həmin ərazidə yaşayan sakinlərdən daxil olan foto-yazılı müraciət BŞBPİ-nin İctimai Təhlükəsizlik və NizamiRayon Polis İdarəsinin birgə keçirdiyi tədbirlərlə aradan qaldırılıb:
“Piyada yolunun bağlanması, piyadaların hərəkətinə mane yaradılması ilə müşayət olunan hallar tam aradan aradan qaldırılıb, gələcəkdə də təkrarlanmaması üçün zəruri tədbirlər diqqətdə saxlanılır”. (Report)
Bakucity.az